SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar

Məshəti Sadiqli

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini

Suraxanı rayonu 203 saylı körpələr evi uşaq bağçasının müdir əvəzi            

Prezident İlham Əliyevin cari ilin 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışı vacib məqamlara aydınlıq gətirib. Ölkəmiz digər sahələrdə ilklərə imza atdığı kimi, burada da nümunə göstərdi. Nümunəvi­lik özünü BMT-nin mühüm əhəmiyyət daşıyan proqramına yanaşmada göstərir. O proqrama ki, fəaliyyətinin 25 ili tamam olur. Cənab İlham Əliyev isə fikirləri ilə ötən 25 ilin Azərbaycan üçün tərəqqi və inkişafa aparan mərhələ oldu­ğunu xatırladır. Bu xatırlatmada vurğu sabitlik və firavanlıq amilinə qoyulur, mövcud amil baş­lıca uğur komponenti kimi önə çəkilir: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olma­dan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bugün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimi­zin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.

Dövlə­timiz istər Ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəh­bərliyi dövründə uzaqgörən, proqmatik, ardıcıl və rasional siyasət kursu həyata keçirib. Ölkəmiz bu siyasət nəticəsində dünya birliyinin tamhüquqlu üzvü kimi özünü təsdiqləyib. Əlbəttə, gedilən yol heç də asan olmayıb. Respublikamız müxtəlif təzyiqlərlə üzləşib, çətinliklərə və məhrumiyyətlərə sinə gərib. Ən əsa­sı isə Azərbaycan hər zaman müstəqil xarici siyasət kursuna sadiqlik göstərib.

Bu il sent­yabrın 19-da başlanılmış və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xa­rakterli uğurlu antiterror tədbirləri res­publikamıza bütün ərazilərində suveren hüquqlarını bərpa imkanı qazandırdı. Prezident İlham Əliyevin bu barədə söz açarkən, Xocalının üzərində dayanma­sında isə xüsusi rəmzi məna var. Çün­ki Xocalı xalqımızın qan yaddaşıdır, ümumən, azərbaycanlıların tarixin bü­tün dövrlərində məruz qaldıqları soyqı­rımı siyasətinin müasir təzahür forma­sıdır. Bu, elə bir təzahür formasıdır ki, illərlə özünü ölkəmizin ərazisindəki separatçılıq kimi qorxunc və təhdid-edici mahiyyətlə göstərmişdi. Ona görə tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələr təşəkkürə la­yiqdir. Çünki onlar təkcə Azərbaycanın uğuruna deyil, həm də haqq və ədalətin təntənəsinə seviniblər. Ölkəmizin uğuruna sevinənlər bu gün də yanımızdadırlar və onlar Qarabağın, ümumən işğaldan azad edilmiş ərazilərimizin yenidən qu­rulması prosesinə töhfələrini vermək­dədirlər. “Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köç­künlər “Böyük Qayıdış” Proqramı çər­çivəsində öz dədə-baba yurdlarına qa­yıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, – deyərək, SPECA-nın zirvə görüşünün iştirakçılarını məlumatlan­dıran Prezident İlham Əliyevin bu ilin avqustunda Füzuli şəhərində Özbəkis­tanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılı­şını, Qazaxıstanın hədiyyəsi olan Fü­zulidəki Kurmanqazı adına yaradıcılıq mərkəzinin inşasının davam etdiyini vurğulamasında və bu ölkələrin dövlət başçılarına təşəkkürünü bildirməsində də böyük rəmzi məna var.

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsu­si Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçıla­rının Zirvə görüşü ilk təşəbbüs idi. O da məlumdur ki, hazırda SPECA-ya Azərbaycan sədrlik edir. Ölkəmizin bütün beynəlxalq strukturlara rəhbərli­yi isə özünü əməli tədbirlərdə, gerçək təşəbbüslərdə göstərməkdədir. Buna misal olaraq respublikamızın Qoşulma­ma Hərəkatına uğurlu sədrliyini diqqətə çatdırmaq yerinə düşər. Heç şübhəsiz, SPECA müstəvisindəki öncüllük də əlamətdar olacaq. Çünki “Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq forma­tına yol açacaq”, – deyən Azərbaycan Prezidenti əminlik yaradır. Əminlik ona görə var ki, Azərbaycan və Mərkə­zi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiya­si məkanda yerləşir, digər yandan isə bu məkanın əhəmiyyəti BMT-nin vacib təsisatı müstəvisində, yəni SPECA çər­çivəsində vurğulanır. Deməli, qarşıda duran başlıca vəzifələrdən biri başla­nılmış yolun qətiyyətli şəkildə davam etdirilməsidir.