Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir, mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirir. Başqa sözlə, bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan və ölkəmizdə fəaliyyət göstərən bütün əksər siyasi güclərin cəlb olunduğu siyasi dialoq prosesinin davamlı olması dövlətçiliyimizin möhkəmlənməsi baxımından çox önəmlidir.
Qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyev 2020-ci ilin 14 aprel tarixində Respublikanın sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə bu məsələlərə geniş və ətraflı toxunub. Prezident bununla da siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulmasının əhəmiyyətini bir daha vurğulayıb. Siyasi sahədə aparılan islahatların əsas məqamlarından biri ondan ibarətdir ki, artıq hakimiyyətlə müxalifət partiyaları arasında dilaoq mühüti siyasi sistemin inkişafına çox böyük təkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi qiymətləndirib - “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”
Hazırda respublikamızda vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalararası dialoqun daha da möhkəmləndirilməsi prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkə başçısı daim vurğulayır ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün siyasi islahatlar davam etdirilməli, siyasi partiyalar arasında dialoq gücləndirilməlidir. Son illərdə Azərbaycanda siyasi islahatların əsas istiqamətlərindən birini siyasi partiyalarla işin fəallaşdırılması, onların ölkənin ictimai-siyasi həyatına cəlb edilməsi təşkil edir. Hazırda ölkədə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bu istiqamətdə əhəmiyyətli addımlar atılıb.
Vətən müharibəsi zamanı milli birlik modeli uğurla həyata keçirildi. Siyasi partiyaların çoxu vahid hədəf uğrunda birlikdə mübarizə apardıqlarını nümayiş etdirdilər. Müharibə zamanı siyasi partiyaların iştirakı ilə 8 birgə bəyanat, eləcə də beynəlxalq təşkilatlara 2 birgə müraciəti qəbul edildi. Siyasi partiyaların bu müraciət və bəyanatları milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin yüksək səviyyəsinin təsdiqi oldu. Ekspertlərin də bildirdikləri kimi, bütün bunlar Azərbaycanda milli həmrəyliyin, iqtidar-müxalifət siyasi dialoqunun formalaşmasına böyük töhfələr verdi. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə siyasi partiyalarla yeni münasibətlərin formalaşdırılması bundan sonra da davam etdiriləcək. Milli həmrəyliyə və dialoqa xidmət edən siyasi islahatlar davam edəcək və bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə yeni siyasi sistemin formalaşması prosesi davam edir. Həmçinin cəmiyyətin daha da demokratikləşməsi üçün ciddi addımlar atılır.
İndi hər kəsə aydın olur ki,müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq deyil. Ayrı-ayrı məsələlərdəki fikir fərqliliyi isə plüralizm və demokratiyanın elementlərindən biridir.
Prezident İlham Əliyevin bildirdiyi kimi: "Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir."