Soçi səfəri Azərbaycan üçün nələri vəd edir?

Soçi səfəri Azərbaycan üçün nələri vəd edir?
Əminə Əliyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin müəllimi
Bildiyimiz kimi, oktyabr ayının 31-də cənab Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində işgüzar səfərdə olub. Görüş zamanı Prezident İlham Əliyev Qarabağ münaqişəsini nizama salmaqda oynadığı rola görə Rusiya prezidentinə təşəkkürünü bildirdi. Prezident danışıqlar zamanı iki il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyannamənin əhəmiyyətini xatırladaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün danışıqların intensivləşdirilməsinin zəruriliyini vurğulayıb. Həmçinin, Prezident, münasibətləri nizama salmağa çalışırıqsa bu zaman, 5 əsas prinsipə əməl edilməli olduğunu diqqətə çatdırıb. O, öz çıxışında bildirib ki, “ Bu 5 əsas prinsip beynəlxalq hüququn fundamental prinsipləridir və yalnız bu əsasda normallaşmaya nail olmaq olar.” Prezident həmçinin,münasibətlərin nizamlanmasında Rusiyanın roluna böyük ümid bəslədiyini bildirdi.
“Qarabağ münaqişəsi artıq tarixdə qalmışdır ” deyə bildirən İlham Əliyev, münaqişənin artıq iki il bundan əvvəl həll edildiyini və praktiki həll ediləsi bir məsələnin qalmadığını bildirdi. Azərbaycan-Ermənistan arasında münasibətlərin həlli üçün Ermənistanın da maraqlı olması və həll istiqamətində ciddi addımlar atmalı olduğu söylənildi. Qeyd etdiklərimizlə yanaşı, görüş çərçivəsində tərəflər BMT Nizamnaməsinin və 1991-ci il Alma-Ata Bəyyanaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı qarşılıqlı tanınması haqqıda birgə razılığa gəldilər. Beləliklə, Azərbaycan məhz Soçi səfərində də, bölgədə sülhün bərqərar edilməsi üçün maraqlı olduğunu bir daha təsdiq edərək, beynəlxalq ictimaiyyətə danışıqlara hazır olduğunu nümayiş etdirdi.
Səfər zamanı, bir sıra təxirəsalınmaz məsələlərə diqqət yetirildi və nəticədə humanitar məsələlərin tezliklə həllinə yönəlmiş yeni razılaşma əldə olundu. Rusiya prezidenti Putin isə öz çıxışında bildirdi ki, Azərbaycan və Ermənistan arasında münaqişənin həlli istiqamətində yeni həll yolları axtarışı davam etdirilsin və Rusiya Federasiyasıda öz növbəsində hər vasitə bu məsələdə öz köməyini edəcək.
Eyni zamanda, tərəflərarası dialoq zamanı bildirildi ki, Rusiyanın dəstəyilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələri və eləcə də dini liderlərin arasında qarşılıqlı diaoloq davam etdirilsin. İki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün işlər görülsün.
Bütün bu deyilənlərin yekunu olaraq deyə bilərik ki, Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğuru kimi yadda qaldı.
Beləliklə, cənab İlham Əliyevin düzgün hesablanmış uğurlu xarici siyasəti nəticəsində Soçi görüşü Azərbaycan üçün uğurlu gələcək vəd edir!