“Siyasi partiyalar” haqqında Qanun Azərbaycanın siyasi həyatı üçün yenilikdir
Samirə Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin müəllimi
Ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli, istedadlı yetirməsi olan cənab İlham Əliyev islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib. Bu qərar və sərəncamlardan biri də ‘’Siyasi partiyalar haqqında’’ imzalanmış qanundur. Bu qanunun qəbul edilməsi Azərbaycan vətəndaşlarının siyasi azadlığının ən bariz nümunəsidir.
İlham Əliyevin siyasətinin ən başlıca məqsədi xalqa xidmət etməkdir. Qəbul olunmuş hər yeni qərar bunu deməyə əsas verir. ’’Siyasi partiyalar haqqında’’ qanuna nəzər yetirsək görərik ki, burada hər bir Azərbaycan vətəndaşının siyasi həyatdakı fəal iştirakı nəzərdə tutulub.
Qanunda diqqətimizi cəlb edən faktlar çoxdur. Qanundakı bütün maddələr Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına xidmət edir. Burada yaşından və tutduğu peşədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının söz və siyasi azadlığı təmin olunur.
Bütün maddələr Qanunun aliliyinə və hər bir vətəndaşın mənafeyinin qorunmasına xidmət edir. Qanuna əsasən hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu maddə hər bir Azərbaycan vətəndaşının hüquq və azadlığının qorunması deməkdir.
Ölkə başçımızın uğurlu siyasəti hər bir Azərbaycan vətəndaşı kimi məni də çox sevindirir. Çünki Azərbaycan demokratik bir ölkədir. Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da vətəndaşların hüquq və azadlıqlarının qorunması yüksək nəticədir. Qəbul edilmiş qanunda daha bir fakt diqqətimizdən yayınmadı. Partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkündür və onlar üçün bərabər imkanlar yaradılmalıdır. Bu, isə ölkədə qadın hüquqlarının tam bərqərar olunması deməkdir.
Qanunda daha bir nüans diqqətimizi cəlb etdi ki, əlilliyi olan şəxslərin fikir və siyasi azadlığının təmin olunması faktı yüksək humanist ideyaların təzahürü kimi qiymətləndirilə bilər. “Siyasi partiyalar” haqqında Qanun Azərbaycanın siyasi həyatı üçün yenilikdir. Belə ki, ölkə vətəndaşlarının ölkənin siyasi həyatından kənarda qalmaması onların siyasi iradəsinin fəallığının təmin olunmasıdır.
Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır. Onun amalı qurub-yaratmaq xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Qəbul olunmuş hər yeni qərar və qanun xalq üçündür. Qəbul edilən hər bir qanun Azərbaycanın uğurlu inkişafı naminədir. Bu zəngin və möhtəşəm fəaliyyət Azərbaycan tarixinin ən yeni səhifələri kimi yaddaşlara yazılacaq.