04 noyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta bürosunun rəisi Şaiq Səfərov və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və şəhidin doğmaları şəhid kiçik gizir Süleymanov Tamerlan Xankişi oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə kiçik gizir Tamerlan Süleymanovun Xəzər rayon Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.