Noyabrın 30-da şəhid pilot mayor Məmmədov Murad Yaşar oğlunun şəhadətinin ildönümü münasibətilə Hərbi Memorial Məzarlıqda məzarı ziyarət olunub. Milli Məclisin deputatı Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayonu İcra Hakimiyyətinin əməmkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, məzarın önünə tər güllər düzüb, ruhuna dualar oxunub.
Haqq dünyasına qovuşmuş Şəhidimizə yerli təşkilatın sədr müavini Salman Əbdülov Allahdan rəhmət diləmiş və doğmalarına təskinlik verərək, belə vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini bildirmişdir. Qeyd edək ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, mayor Murad Məmmədov və daha 13 hərbçi şəhid olub.