Şəhid pilot kapitan Xəyyam Əliyev şəhadətinin ildönümündə ehtiramla anılıb

Şəhid pilot kapitan Xəyyam Əliyev şəhadətinin ildönümündə ehtiramla anılıb
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olan kapitan, pilot Xəyyam Əliyevin Əmircan qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxunub.
Qeyd edək ki, noyabrın 30-da 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, kapitan Xəyyam Əliyev və daha 13 hərbçi şəhid olub. Ölümündən sonra X.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.