Şəhid Elvin Əliyev doğum günündə ehtiramla yad edilib

Şəhid Elvin Əliyev doğum günündə ehtiramla yad edilib

26 fevral 2026-cı il tarixində Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş Əliyev Elvin Bəhruz oğlunun doğum günü münasibətlə Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şəhidimizin məzarı ziyarət edilmiş, məzarı üstünə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.

Tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sector müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova, Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynqulu Quliyev digər rəsmi şəxslər, Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Yerli təşkilatın nümayəndəsi Ənvər Haqverdiyev çıxış edərək YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun adından şəhid ailəsinə, doğmalarına, yaxınlarına dərin ehtiramla başsağlığı verərək qeyd etmişdir ki, canını Vətən torpağına qurban vermiş şəhidlərimiz xalqımızın başına gətirilən faciələrin qisasını məhz döyüş meydanında almışlar. Ənvər Haqverdiyev onu da vurğulamışdır ki, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə doğma münasibəti cəmiyyətimizin hər bir üzvü üçün nümunə olmalıdır.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.