Şəhid Azər Qasımov anım günündə ehtiramla yad edilib
Bu gün, oktyabrın 16-ı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Qasımov Azər Yaqub oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötür.
Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon Ağsaqqallar şurasının sədri Arif Babayev, rayon ictimaiyyətinin nümayəndələri Şəhidin bulaq xatirə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, ruhunu böyük ehtiramla anıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.