11 iyul 2026-cı il tarixində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Arenasında Təhsil RİM-in 1 №-li İOEUGİM PHŞ-in şəhid Əli Seyidovun xatirəsinə həsr olunmuş ağır atletika idman növü üzrə yeniyetmələr arasında respublika birinciliyi keçirilmişdir. Tədbirdə Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, idman ictimaiyyətinin görkəmli nümayəndələri, şəhid ailələrinin üzvləri, idmançılar və ictimayyətin nümayəndələri iştirak etmişlər.
Qeyd etmək lazımdır ki, kəşfiyatçı çavuş rütbəsində xidmət edən şəhid Seyidov Əli Rahim oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, “Suqovşanın azadlığı uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” müdalları ilə təltif olunmuşdur.