"Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Suraxanı rayon təşkilatı Şamaxıya səfər edib

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Suraxanı rayon təşkilatı Şamaxıya səfər edib
2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Suraxanı rayon təşkilatının fəalları, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, sosial media fəalları və fəal gənclərdən ibarət geniş nümayəndə heyəti Şamaxı rayonuna səfər etmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti öncə Şamaxı şəhərində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şamaxı Şəhidlər Xiyabanını ziyarət edərək əziz xatirələri ehtiramla yad etmişdir. Daha sonra Şamaxı Cümə məscidi, Mirzə Ələkbər Sabirin ev-muzeyi, Şamaxı Astrofizika Rəsədxanası, Dəmirçi kəndində yerləşən ilk arxeoloji muzey, dəmirçilik emalatxanaları və Pirqulu kəndi ziyarət olunmuşdur.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlının da iştirak etdiyi görüşlərdə səfər iştirakçılarına rayonun qədim tarixi, mədəniyyəti və memarlıq abidələri barədə ətraflı məlumat verilmişdir.

Paylaş