Rusiya ilə Azərbaycan arasında münasibətlər heç vaxt indiki kimi yüksək səviyyədə olmayıb
Şəms Haşımova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd 1997-ci il iyulun 3-də imzalanan ,, Dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik’’ haqqında müqavilədir. Prezident İlham Əliyev də Ulu Öndər kimi Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin Rusiyaya ilk rəsmi səfəri 2004-cü ilin əvvəllərində olmuşdur. Dövlət başçısının Rusiyaya rəsmi səfərləri şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi əhəmiyyəti göstərir.
Xüsusi qeyd etmək lazımdır ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç vaxt indiki kimi yüksək səviyyədə olmayıb. Rusiya II Qarabağ müharibəsinin 2020-ci il 10 noyabr atəşkəs müqaviləsinin imzalanmasında xüsusi rol oynamışdır.
Azərbaycan–Rusiya arasında mühüm yer tutan humanitar əlaqələr də inkişaf etməkdədir. Hazırda ali məktəb və orta məktəblərimizdə rus dilində də təhsil həyata keçirilir.
Azərbaycanla Rusiya sıx ticari-iqtisadi münasibətlərə malikdir. Siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin dinamik inkişafənə təmin edir. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd–keçid infrastrukturunun təkmilləşdirilməsi, digər tədbirlər Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edib.
Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafını uğurla davam etdirmək məqsədilə bu ilin yanvarında ,,Azərbaycan–Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026- cı illər üçün yol xəritəsi’’ imzalanıb.
Bu gün Azərbaycan Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirən İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir.Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün səylərini davam etdirir .Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.