“Qonağımız var “ layihəsi çərçivəsində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin ilə görüş keçirilib

“Qonağımız var “ layihəsi çərçivəsində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin ilə görüş keçirilib
23.12.2025-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və YAP Suraxanı rayon təşkilatının birgə təqdimatında Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Qonağımız var “ layihəsi çərçivəsində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, mədəniyyət işçiləri, ziyalılar, Suraxanı rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aparıcı görüşü açıq elan edərək, bəstəkarın həyat və yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr barədə məlumat verib. Bildirib ki, Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, Azərbaycanın müstəqilliyini, azadlıq və hərbi ruhunu ifadə edən sözlərə zövqlü musiqilər bəstələyib. Bəstəkar iki operettanın, dörd simfoniyanın, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə musiqilər yazıb.
Görüş ərzində tamaşaçı sualları cavablandırılıb, müğənni Leyla Rəhimova Cavanşir Quliyevin bəstələdiyi mahnıları ifa edib.