“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
Svetlana Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri
İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. Hələ 1920-ci il martın 20-də İran-Azərbaycan “Dostluq müqaviləsi” iki ölkə arasında imzalanmış sənədlərin dönüş nöqtəsi olmuşdur. İran Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf etdirib. İki ölkə arasında keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter almaqdadır.Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb.
İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb.
Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. İki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərəcək. İran və Azərbaycan Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) və BMT-də bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətlərini, niyyətlərini ifadə edirlər. Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır.
Bu gün nəinki ölkələrimiz, həmçinin daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Beynəlxalq İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi isə qeyd edir ki, İran ilə Azərbaycan arasındakı Astaraçay üzərində salınan yeni körpü MDB və Şərqi Avropa ölkələrinin Fars körfəzi və Oman dənizinə çıxışını təmin edəcək. O bildirib ki, 138 kilometrlik Qəzvin-Rəşt avtomobil yolunda işlərin 95 faizi yerinə yetirilib: “Yolun tamamlanması üçün qalan 8,2 kilometrlik məsafədə isə tikinti işləri davam edir.
Bu yol İranın mərkəzi və cənub regionları ilə Azərbaycan və Rusiyanın regionları arasındakı ticarət əlaqələrini genişləndirəcək”. Qəzvin-Rəşt avtomobil yolunu Şimal-Cənub dəhlizinin mühüm hissəsi kimi dəyərləndirən X.Xademi bildirib ki, yeni yol və həyata keçirilən tranzit yükdaşımalar İran ilə qonşuları arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb.
Daşımalar bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq. İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi isə qeyd edir ki, İran ilə Azərbaycan arasındakı Astaraçay üzərində salınan yeni körpü MDB və Şərqi Avropa ölkələrinin Fars körfəzi və Oman dənizinə çıxışını təmin edəcək. O bildirib ki, 138 kilometrlik Qəzvin-Rəşt avtomobil yolunda işlərin 95 faizi yerinə yetirilib: “Yolun tamamlanması üçün qalan 8,2 kilometrlik məsafədə isə tikinti işləri davam edir.
Bu yol İranın mərkəzi və cənub regionları ilə Azərbaycan və Rusiyanın regionları arasındakı ticarət əlaqələrini genişləndirəcək”. Qəzvin-Rəşt avtomobil yolunu Şimal-Cənub dəhlizinin mühüm hissəsi kimi dəyərləndirən X.Xademi bildirib ki, yeni yol və həyata keçirilən tranzit yükdaşımalar İran ilə qonşuları arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq.