Qazaxıstanla Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyimiz dünyaya nümunədir
Ziya Həsənov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfəri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx və tarixi əlaqələrə malik oldugu türk dövlərindən biri də Qazaxıstandır.
Azərbaycan və Qazaxıstan xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Dostluq və qardaşlıq əsrlərə söykənir.
İki ölkənin dosluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstan Respublikası hökuməti yanında komissyanın bu il yanvarın 17-də keçirilən iclasında Astana şəhərinin Yeşil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi oldu.
Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olmasına yönəlmiş prinspial mövqeyi böyük hörmətə laiqdir. Astananın mərkəzində bu küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, Azərbaycan xalqına hörmətin, dostlugun, qardaşlıgın əlamətidir. Qazaxıstan Respublikasının Prezidentinin işgaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oglu Kurmanqazi adına Uşaq yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostlugun rəmzidir. Bu mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir.
Biz artıq Qazaxıstanla müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı müttəfiqlik, qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlmişdir.
Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitin başlanması, ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar əməkdaşlığın perspektivliyini təmin edir. Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyimiz isə dünyaya nümunədir.
Qazaxıstanla əməkdaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyatı zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizdən regional təhlükəsizliklə baglı məsələlərdən başlamış nəqliyyat, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə baglı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməyi tələb edir.