“Qayıdış”, yeni uğur, və gələcək, yeni həyat deməkdir

Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən- nəsilə ötürülmüşdür. Azərbaycan o xoşbəxt xalqlardandır ki, özünün adət- ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət- ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdır. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədimi olan bayramlarındandır.
Novruz bayramı baharın gəlişi ilə əlaqələndirilir. Təbiətə yenilik gətirən bu anı Yeni il kimi qeyd etməkdə təsadüfü deyil. “Yeni gün“ anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Çünki İslam ümumbəşəri din olduğu üçün həqiqətdə İslami dəyərləri olan ön cərgələrdə təqdim edilib. Bu baxımdan milli dəyərlərə əməl etmək hər bir Azərbaycanlının borcudur. Dünyanın hər bir yerində müsəlmanların sıx yaşadıqları yerlərdə də milli dəyərlərimiz geniş şəkildə təbliğ olunur.
Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində bu, milli dəyərlər qorunub və xalqımıza geniş şəkildə çatdırılıb . Artıq Novruz bayramını xalqımız işğaldan azad olunmuş torpaqlarımızda qeyd edir . Ulu Öndər Heydər Əliyevin davamçısı ölkə Prezidenti İlham Əliyevin yüksək siyasi və səyi nəticəsində xalqımız öz torpaqlarına, doğma yurd- yuvalarına döndü. İndi “Qarabağ“ torpaqları yazın ilk gəlişini doğma sakinlərinə qovuşdurdu. Şuşa, Ağdam, Laçın, Zəngilan, Kəlbəcər, Fizuli və Cəbrayıl şəhərləri azad dövlətin azad torpaqlarıdır. Bu torpaqlarda artıq Novruz tonqalı alovlanır. Bu tonqalın ətrafında şəhidlərin ruhu əks olunur. Qəhrəman Zabit və əsgərlərimizin qanı, canı bahasına azad edilmiş torpaqlarda indi “Xarı bülbülün” əks sədası gəlir. “Qayıdış”, yeni uğur, və gələcək, yeni həyat deməkdir. Azərbaycan müstəqilliyini, birinciliyini azadlıqda sülh və əminamanlıq şəraitində yaşayır. Çünki xalqın inandığı etibar etdiyi siyasətçi lider İlham Əliyev kimi Ali Baş Komandanı var. Biz fəxr hissi duyuruq və onunla qürurlanırıq.