Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı

Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı

Güllər Məmmədli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktor müavini

2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır.44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir.Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.

Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əl qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir və ümumi olaraq həm Azərbaycan, həm də Ermənistan tərəfdən 300-dən çox insanın ölümünə səbəb oldu. 2023-cü ildə isə tərəflər əvvəlcə martda Şuşa istiqamətində, sonra isə apreldə və mayda sərhəd istiqamətində toqquşdu.

Üçtərəfli bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürmüşdü. Lakin Ermənistan xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb. Bundan başqa Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.

2023-cü il aprelin 23-də Azərbaycanın Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir.

Sentyabrın 21-də səhət saat 9:00 radələrində Qarabağın erməni əhalisinin nümayəndələri görüş üçün Yevlax şəhərinə gəldilər. Görüşdə Azərbaycan tərəfini Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali ilə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin üzvü İlkin Sultanov təmsil elədi. Qarabağın erməni əhalisinin nümayəndələrini isə Sergey Martirosyan və David Melkumyan təmsil elədi. Həmçinin görüşə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri Kontr-admiral Oleq Semyonov da qatıldı. Görüş saat 11:30 radələrində başladı və təxminən 2 saat davam edəndən sonra 13:30 radələrində başa çatdı. Görüş zamanı Azərbaycanın Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası və digər məsələlər üzrə danışıq aparıldı.

Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edildi. Dağlıq Qarabağın İnformasiya Qərargahı məlumatında görüş zamanı bir sıra məsələlərin danışıldığını qeyd elədi.Görüş zamanı Qarabağın erməni əhalisini təmsil edən nümayəndə (Ermənistan tərəfi onu Dağlıq Qarabağın təmsilçisi adlandırır) danışıqlar zamanı heç bir nəticə əldə edilmədiyini qeyd elədi. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyov isə müsahibəsində bir görüşlə nəticəyə varmağın çətin olduğunu bildirdi.

Sentyabrın 27-dən başlayaraq Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan ərazisinə qeyri-qanuni gələn qondarma separatçıların həbsinə başlanıldı. Həbs edilənlər sırasında qondarma "Dağlıq Qarabağın Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan, qondarma "Dağlıq Qarabağın Müdafiə Ordusu Komandanının birinci müavini", Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən 1971-ci il təvəllüdlü Davit Manukyan və qondarma "Dağlıq Qarabağın müdafiə naziri" vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan idilər. Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə — əsasən 214–1, 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.3 və 318.1-ci maddələrlə cinayət işi açıldı və barələrində həbs tədbirləri seçildi.

Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm hadisəsinə çevrildi. Məhz buna görə antiterror tədbirləri hər zaman tariximizin qürur səhifəsi olaraq xatırlanacaq.”

44 günlük müharibə və lokal antiterror tədbirləri zamanı xalqımız Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşdi: “Dünyanın hansı guşəsində yaşamasından, statusundan, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Prezident İlham Əliyevin yanında olduğunu bəyan etdi. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etdilər”.