Qarabağı azad edən gənclər həyatları boyu Qarabağı görməyən gənclərdir
Fərəh Məcidzadə
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi
Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinə zəmin hələ 1980-ci illərin sonlarında yaranmış, 1990-ci illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ Müharibəsinin aktiv fazası dava etmişdir. Müharibə zamanı Azərbaycanın keçmiş Dağlıq Qarabağ regionu və onun ətrafında olan 7 rayon Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.
2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı əks-həmlə əməliyyatları nəticəsində 30 ilə yaxın dondurulmuş münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu işğal olunmuş ərazilərin böyük bir hissəsini hərbi əməliyyatlar hesabına İkinci Qarabağ Müharibəsində qəhrəman şəhidlərimizin şücaəti sayəsində azad edə bilmişdir.
Yaxşı bir deyim var: “Unudulan tarix təkrarlanmaqa məhkumdur.”Ermənilər də unutdular! Ya da unutmaq istədilər! 44 gün ərzində Azərbaycan oğullarının göstərdiyi şücaətini, igidliyini, mərdliyini. Ermənilər unutdular Azərbaycan xalqının polad iradəsini! Lakin bir neçə gün əvvəl cəmi 24 saat ərzində həyata keçirilən anti-terror tədbiri onlara reallığı bir daha xatırlatdı. Daha dəqiq desək cəmi 23 saat 43 dəqiqə... Qürürvericidir, elə deyilmi?! Təsəvvür edin ki, “Qarabağda anti-terror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında vaxt cəmi 23 saat 43 dəqiqə çəkdi.
Bu lokal anti-terror tədbiri bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bu terror aktı bir daha göstərdi ki, Ermənistanda və erməni cəmiyyətində hələ də mənasız xülyalarla, revanşist hisslərlə yaşayanlar var. Əfsuslar olsun ki, anti-terror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət etsin! Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin!
Biz Xocalıda, Ağdərədə, Xocavənddə və nəhayət Xankəndindəyik. Bir zamanlar Xocalıda soyuq fevral günü anaların qucaqında “oğlum sus”, “körpəm sus” deyə yalvarışlarla qorunub çıxarılmış igidlər, bu gün tank üstündə Müzəffər Ali Baş Komandanın müdrik siyasəti nəticəsində öz torpaqlarına qayıtmışlar. 30 il əvvəl ayaqyalın, başıaçıq çıxdığımız torpaqlara, bu gün əsgər marşı ilə geri dönürük.
Möhtərəm Ali Baş Komandan Qarabağa səfərlərinin birində çıxışı zamanı haqqlı olaraq vurğuladığı bir məsələyə diqqəti çəkmək istəyirəm. “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hərkəs bilməlidir ki, əsas missiyanı mənim Prezidentliyim dövründə yetişən gənclər yerinə yetiriblər. 2003-cü ildə uşaq olan gənclər yerinə yerinə yetiriblər”. Bizlər də xoşbəxtik ki, məhz bu nəslin nümayəndələriyik.
Bu gün çox sevindirici haldır ki, vətənpərvər gənclərin - qazilərin, veteranların, ümumilikdə döyüş iştirakçılarının böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının ətrafında birləşmişlər. Bu, da xalqımızın və gəncliyimiz doğma partiyamıza olan böyük etimadının təzahürüdür.
Sonda onu qeyd edim ki, Qarabağı azad edən gənclər həyatları boyu Qarabağı görməyən gənclər idi. Buna görə biz bir daha onları tərbiyə edən anaların, onları təlim, tədris edən müəllimlərin qarşısında ehtiramla baş əyirik!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!