“Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək
Vüsalə Qasımova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi
Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsi və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin başlıca prioritetləri sırasında yer alır. Bu fonda Azərbaycan müxtəlif ölkə və təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişafını daim diqqətdə saxlayır. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil edir.
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir.
Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təchizatının diversifiasıyasında və enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan TAP layihəsinin üzvləridir.
Martın 1-də Albaniyanın Baş naziri Edi Rama Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Azərbaycan ilə Albaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu vurğuladı. Albaniya Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərini və onlarla keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərlərin əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu dedi. İkitərəfli əlaqələrimizin inkişafına toxunan Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığımızın bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi.
İkitərəfli əlaqələrimizdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Albaniyanın Azərbaycana dost ölkə olduğunu söylədi, Albaniyada da ölkəmizə eyni münasibətin göstərildiyini məmnunluqla qeyd etdi və bu baxımdan tərəfdaşlığımızın gücləndirilməsinin və bu potensialdan maksimum istifadə olunmasının vacibliyini bildirdi.
Albaniyanın Baş naziri Edi Rama Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bildirdi ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.Onun sözlərinə görə, SGC layihəsi ölkələri, şirkətləri və beynəlxalq maliyyə institutlarını bir-birinə yaxınlaşdıran intensiv əməkdaşlıq körpüsünə çevirib:
“Bu gün hamımız şahidlik edə bilərik ki, Cənub Qaz Dəhlizi artıq bir çox insanların həyatını dəyişib və Avropanı daha təhlükəsiz edib. Avropa mayeləşdirilmiş təbii qaz tədarükünü artırdığı dövrdə Cənub Qaz Dəhlizi, şübhəsiz ki, Avropa İttifaqına nəql olunan boru kəməri qazının bir neçə sabit və rəqabətədavamlı mənbələrindən biri olaraq qalacaq”. Yəni bu iclaslar, orada səslənən fikirlər həm Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir, həm də qarşıya qoyduğumuz planları bundan sonra da uğurla reallaşdıracağımıza əminlik ifadə edir. Cənub Qaz Dəhlizi sadəcə bir enerji layihəsi deyil. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Azərbaycan tamamilə yeni marşrut olan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa ölkələrini daha geniş şəkildə qazla təmin etmiş olacaqdır. Artıq bu marşrutdan innektorlar vasitəsi ilə müxtəlif ölkələri özlərini qazla təmin edir və bu proses davam etməkdədir. Gələcəkdə daha çox ölkə Xəzər hövzəsindəki qazdan istifadə edəcək.
Məlum olduğu kimi, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Öz çıxışında bu məsələyə ətraflı toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək.
Hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyat, diplomatiya və ticarət sahələrində özünün ən yaxşı dövrlərindən birini yaşayır. Enerji böhranı və mövcud geosiyasi vəziyyət ölkəyə dünya ticarətində mühüm tranzit qovşağı, Avropa üçün həyati əhəmiyyətli enerji mənbəyi kimi mövqeyini möhkəmləndirməyə imkan verib. Azərbaycan energetika və ticarət sahəsində avropalılar üçün etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı vacib rol və Albaniyanın tranzit imkanları diqqətə alınmaqla iki ölkənin enerji sahəsində əməkdaşlığı ikitərəfli münasibətlərdə ön plana çıxır. Azərbaycanla Albaniya - iki dost ölkə arasında görüşlərin yüksək intensivliyi də bunu sübut edir.