Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır
Dünyadakı siyasi güclər Qərbi Azərbaycanla bağlı tələblərimizə də eyni Qarabağ münaqişəsindəki kimi ikili standartlarla yanaşırlar: “Lakin buna baxmayaraq biz yenə də Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Çünki Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar.
Bu gün Qərbi Azərbaycana Qayıdış Qarabağ münaqişəsi həll olunandan sonra dövlətimizin gündəliyində duran başlıca məsələlərdən biridir. Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edildiyi kimi, Qərbi Azərbaycana Böyük Qayıdış Proqramı da inanırıq ki, yaxın gələcək də həyata keçəcək. Çünki Azərbaycan xalqının hər sözü əməli fəaliyyətdə öz əksini tapan cənab İlham Əliyev kimi bir lideri var. Ona görə də bizim Qərbi Azərbaycana qayıdacağımız heç kimdə sual doğurmasın. Qərbi Azərbaycana qovuşmağımızla bizi yalnız zaman ayırır.