Prezidentin səsləndirdiyi dəyərli fikirlər dünya mediasının diqqətini çəkib

Prezidentin səsləndirdiyi dəyərli fikirlər dünya mediasının diqqətini çəkib

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Bildiyimiz kimi Prezident İlham Əliyevin verdiyi müsahibə avqustun 26-da telekanalda yayımlanıb. Cənab Prezidentin səsləndirdiyi dəyərli fikirlər dünya mediasının diqqətini çəkib. Dövlət başçısı Vaşinqtonda baş verən hadisələrdən danışarkən Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsindən və bu zaman ona kömək edən xarici qüvvələrdən də söz açıb. O bildirib ki, o zamanlar Azərbaycanın güclü ordusu yox idi. İndi isə Azərbaycanın çox güclü orsudu var və biz 2020-ci ildə II Qarabağ müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdik.

Prezident Azərbaycan və Ermənistanın Ağ Evdə  Trampın iştirakı ilə imzalanan sənədə əsasən iki dövlət arasında müharibənin başa çatdığını da vurğulayıb. Onuda qeyd edib ki, bu sazişə müdaxilə olunarsa və Ermənistan bu sülhü pozarsa özü üçün zərərli olar. Çünki bu ABŞ və Ermənistan arasında da münasibəti pisləşdirə bilər.

Aparıcı müsahibə zamanı Xocalı Soyqrımınada  toxunub. O soyqrım zamanı günahsız insanların öldürüldüyünü deyib. Ölkə lideri aparıcının sözlərini təsdiqləyərək əlavə edib ki, hələdə 3000-dən çox azərbaycanlı bu soyqrımda itkin düşmüş və bu günə kimi onların taleyi barədə bir məlumat yoxdur.

Ölkə başçısı II Qarabağ müharibəsindəki qələbəmizdən sonra bütün vəsaitin azad olunmuş torpaqlarımıza sərf olunduğunu deyib. Çünki bu ərazilər tamamilə viran edilmişdir. İndi o yerlərdə yeni evlər tikilir və binalar salınır. Məqsədimiz isə bütün keçmiş məcburi köçkünlərin yaxşı şəraitlə və iş yerləri ilə təmin etməkdir.

Cənab Prezident Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından da söz açıb. O qeyd edib ki, bu dəhliz fəaliyyətə başlamalı və Azərbaycan vətəndaşları üçün təhlükəsiz olmalıdır. Çünki insanlarımız Naxçıvana hazırda təyyarə vasitəsi ilə gedirlər. Amma bu dəhliz açılsa buna ehtiyac qalmaz.

Bundan başqa Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında öz gücünü layiqi ncə göstərən bir ölkəyə çevrildiyini vurğulayıb. Çünki biz öz gücümüzü döyüş meydanında ər kimi göstərdik. Bunun üçün isə qardaş Türkiyə ilə gücümüzü birləşdirdik. Hazırda Türkiyə ordusu NATO - da ABŞ - dan sonra ikinci yerdədir.