Prezidentin çıxışlarında ölkənin enerji imkanları və perspektivləri daim xüsusi vurğulanır

Prezidentin çıxışlarında ölkənin enerji imkanları və perspektivləri daim xüsusi vurğulanır

Hüseyn Quliyev

Gənc tədqiqatçı, YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Cənab Pprezident ölkənin enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və gücləndirilməsi istiqamətini əsas prioritet hesab edir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Enerji strategiyasının digər mühüm hədəfləri – daxili istehsalın artırılması, enerji təchizatının etibarlılığının təmin edilməsi və ixracın genişləndirilməsidir. Bu kontekstdə bərpa olunan enerji mənbələrinə keçid də xüsusi yer tutur. 

Bərpa olunan enerji mənbələrinin geniş tətbiqi enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Dövlət proqramlarında 2030-cu ilədək illik elektrik istehsalının ən azı 30%-inin təmiz mənbələrdən əldə olunması hədəf götürülüb. Son 20 ildə Azərbaycanda generasiya gücü təxminən üç dəfə artaraq 10 min MVt səviyyəsinə çatdırılıb. Paralel olaraq ənənəvi (həm hidroelektrik, həm termik) və bərpaolunan stansiyaların inkişafı aparılır ki, bu da ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirir.

Cənab Prezidentin çıxışlarında ölkənin enerji imkanları və perspektivləri daim vurğulanır. Xızı–Abşeron külək stansiyasının açılışında İlham Əliyev yenilənən enerjiyə keçidi xüsusi qeyd edib: “Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq… Bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar”. O, ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafının vacibliyini dəqqləşdirib – Misal üçün, “Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü 2000 MVt və bu gün 240 MVt külək, 230 MVt günəş stansiyası istismara verilmişdir”.

Cənab Prezident çıxışlarında enerji təminatının etibarlılığına da toxunaraq bildirir ki, bu yeni gücə qarşı Azərbaycanın enerji təhlükəsizliyi daha da möhkəmlənib. Beləliklə, dövlət başçısının mesajları sistemin modernləşdirilməsi, generasiya gücünün artırılması, bərpaolunan energetikanın genişləndirilməsi və xarici investisiyaların cəlb olunması üzərində cəmlənib.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji” zonası elan edilib. Burada həmçinin böyük həcmdə hidroelektrik layihələri reallaşdırılır. 2024-cü ildə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 yeni su elektrik stansiyası açılıb. Qarabağ və Şərqi Zəngəzurda əlavə  yeni “yaşıl” elektrik stansiyaslar tikilir və region öz tələbatını tamamilə təmiz enerji ilə təmin edəcək, artıq istehsal edilən əlavə enerji isə ixrac olunacaq. Bu layihələr Vətən müharibəsi sonrası Böyük Qayıdış strategiyasının enerji təminatına dair hədəflərini əks etdirir və bölgənin inkişafına təkan verir.

Azərbaycanda bir çox iri bərpaolunan enerji layihəsi beynəlxalq investorlardan faydalanır. Məsələn, BƏƏ-nin “Masdar” şirkəti ilə birgə Qaraçay-Gilan rayonu ərazisində 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası inşa olunub. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Xızı–Abşeron külək stansiyasını (240 MVt) inşa edir. BP və tərəfdaşları Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş stansiyası layihəsini reallaşdırır.

“Çin şirkətləri 100 MVt-lıq Qobustan Günəş Stansiyasını icra edir, Nobel Energy isə Cəbrayılda iki 50 MVt-lıq (“Üfüq” və “Şəms”) günəş stansiyası layihələndirir. Bu təşəbbüslər Masdar, ACWA, BP, Fortescue, Gezhouba, Total kimi şirkətlərlə əməkdaşlıq sayəsində ölkəmizin bərpaolunan enerji potensialını əhəmiyyətli dərəcədə genişləndirir. Azərbaycanın beynəlxalq enerji layihələrinə cəlb etdiyi xarici investisiyalar, bir tərəfdən, maliyyə resursları təmin edir, digər tərəfdən isə strateji tərəfdaşlıq çərçivəsində texnologiya və təcrübə mübadiləsi imkanı yaradır.