Qarabağdakı bütün tarixi abidələrimiz tezliklə yenidən bərpa olunacaqdır
Nənəxanım Paşayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
”Suraxanı OYL OKSA” Şirkətinin ÜİD-nin Katiblik xidmətinin rəhbəri
Qarabağımız düşmən işğalından azad olunandan bəri cənab İlham Əliyevinin doğma torpaqlara, o cümlədən Cəbrayıl rayonuna səfərləri mühüm əhəmiyyət kəsb edir - ölkə başçısının hər gəlişində xəstəxana, məktəb binası, yaşayış məhəllələrinin təməl daşı qoyulur, təntənəli açılışlar həyata keçirilir. Bu səfərlər Azərbaycan xalqına böyük sevinc yaşadır. Hamı başa düşür ki, geniş vüsət alan quruculuq-bərpa işləri “Böyük qayıdış”ın növbəti addımlarının müjdəçisidir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl 27 il davam edən işğaldan sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti nəticəsində 2020-ci ilin 4 oktyabrında düşmən işğalından azad edildi. Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurdu.
2016- cı il aprel döyüşləri zamanı ordumuzun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi, Cocuq Mərcanlı kəndi nəzarətimizə keçdi. Vətən müharibəsi zamanı, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və80 kənd işğaldan azad edildi, ordumuzun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
1993-cü ilin avqust ayının 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun bu illər ərzində bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilmişdi. “Divlər Sarayı” mağarası, i “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, “Qız qalası”, Xudafərin körpüləri, Məscid kompleksləri, Sultan Məcid hamamı”, “Dairəvi Türbə”, “Dairəvi” 8 guşəli türbə və məqbərələ işğal zamanı məhv edilmiş və ya qismən dağıdılmışdı. Şübhəsiz ki, xalqımızın birliyi və dövlətimizin iqtisadi gücü sayəsində Qarabağdakı bütün tarixi abidələrimiz tezliklə yenidən bərpa olunacaqdır.
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı həyatının ən şərəfli anlarını yaşadı. Tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu gün Cəbrayıl özünün ikinci həyatını yaşayır. Sürətlə yenidən qurulur ,təzələnir, müasir layihələr,quruculuq-bərpa işləri rayonu, ümumiyyətlə azad olunmuş dogma Qarabag torpağımızı tanınmaz dərəcədə dəyişdirir.Dostlarımız baxıb sevinir,düşmənlərimiz xar olur.Biz tarixin son bir-neçə ilində dünyaya sübut etdik ki, Azərbaycan həm iqtisadi cəhətdən, həm də xalq ilə hakimiyyətin birliyi, dövlətçilik ənənələri cəhətdən güclü, böyük olduğu qədər də müdrik xalqdır.Çünki biz amallarımız, milli mənafeyimiz uğrunda ən dar məqamda birləşməyi, bir yumruq olmağı bacarırıq. Qarabağ Azərbaycandır!