Azərbaycan- Tacikistan dövlətlərarası münasibətlərin mühüm istiqamətləri

Azərbaycan- Tacikistan dövlətlərarası münasibətlərin mühüm istiqamətləri
Dadaş Babazadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktoru
Qlobal iqtisadi-siyasi proseslər yaxın tarixi keçmişi olan ölkələrdən daha sıx əməkdaşlıq tələb edir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizin strateji xarakter almasını şərtləndirir. Parlaq diplomatiya sayəsində bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən strateji ölkə kimi qəbul olunur və nəqliyyat-logistika şəbəkəsinin inkişafı Mərkəzi Asiya ölkələrinin və bu regionda yerləşən Tacikistanın da inkişafına müsbət təsir göstərir. Mərkəzi Asiyanın mühüm ölkəsi sayılan Tacikistan ilə də münasibətlər bu qəbildəndir və bu ölkə ilə əməkdaşlığımızın inkişafı uğurla davam etdirilir. Bütün bunlar Azərbaycanla bu dövlətlər arasında münasibətlərin xarakterini müəyyən edir və əslində, bizim Mərkəzi Asiya siyasətimizin vektorunu formalaşdırır. Bu siyasətin mühüm istiqamətlərindən biri də Tacikistandır.
İki ölkə arasındakı diplomatik əlaqələr 29 may 1992-ci il tarixində yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ölkələrarası rəsmi əlaqələrin əsası isə hər iki dövlətin müstəqillik əldə etməsi ilə qoyulub. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ardından iki dövlət arasında münasibətlər daha intensiv şəkildə inkişaf edib. bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı dövlətlərarası sənədlərin də mühüm əhəmiyyət mövcuddur.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində uğurla davam etdirilir. İqtisadi münasibətlərə gəlincə, 2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rola malikdirlər və prosesə böyük töhfələr verirlər. Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
Tacikistan Prezidenti Emoməli Rəhmonun 23 may tarixində dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə sənaye kooperasiyasının, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verilib.