Suraxanı rayonunda “Heydər Əliyev və Yeni Azərbaycan” adlı tədbir keçirilmişdir

Suraxanı rayonunda “Heydər Əliyev və Yeni Azərbaycan” adlı tədbir keçirilmişdir

6 may 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 62 ünvanında yerləşən ərazi partiya təşkilatının və Əmircan Bələdiyyəsinin birgə təqdimatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş “Heydər Əliyev və Yeni Azərbaycan” adlı tədbir keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər iştirak etmişlər.


Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Əmircan Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Cəmilə Ağayeva bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə xalqın yaddaşında daima yaşayacaqdır. Ümummilli Lider sahib olduğu bütün ünvanlara layiq olmuşdur. Bələdiyyə sədri gənclik illərində YAP fəalı kimi Ulu Öndərlə görüşünü xatırlayaraq demişdir ki, bu görüş onun həyatının ən unudulmaz anıdır. Cəmilə Ağayeva Ulu Öndərin həyatının bütün dövrlərinə aid əldə etdiyi xatirələri görüş iştirakçılarının diqqətinə çatdırmış, hər bir azərbaycanlı kimi ona olan sonsuz sevgisini, hörmətini ifadə etmişdir.


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev dünyanın hər yerində öz qəlbində, ruhunda Azərbaycanı daşımış və ölkəmizi təbliğ etmişdir. İcra Hakimiyyətinin başçısı xüsusi qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev keçmiş Sovet İttifaqının bir sıra  şəhərlərində həyata keçirdiyi bütün layihələrdə Azərbaycanın milli ornamentlərindən istifadə etmişdir. 44 günlük şanlı Zəfərə toxunan Əziz Əzizov bildirmişdir ki, bu əldə etdiyimiz qələbə Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin müstəsna xidmətləri nəticəsində əldə olunmuşdur.


YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da öz növbəsində bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev 20-ci əsrin siyasət nəhəngi idi. Ulu Öndərin yoxluğundan uzun illər keçdikcə biz onun fəaliyyətinin əsil mahiyyətini dərk edirik. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, Yeni Azərbaycan Partiyasının Ulu Öndər tərəfindən yaradılması Azərbaycan dövlətçiliyini süqut olmaqdan xilas etmişdir. Vüqar Seyidov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş şanlı zəfərdən bəhs edərək demişdir ki, cənab Prezidentin müdrik siyasəti nəticəsində biz bütün mümkünsüz hesab olunan hədəflərə çatacağıq.


YAP Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 62 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini Elvina Əhmədova bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək yeniyetmələrin sevə-sevə Ulu Öndər Heydər Əliyevin sevdiyi nəğmələrə müraciət etdiyini bildirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin dünya mədəniyyətinin mahir bilicisi və Azərbaycan musiqisinin hamisi olduğunu xüsusi vurğuladı.


Tədbir Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirlərinin nümunəvi müsiqi nömrələri ilə davam etmişdir.