“Müzəffər Ali Baş Komandanın Qarabağa Böyük Qayıdış Konsepsiyası” adlı tədbir keçirilib

“Müzəffər Ali Baş Komandanın Qarabağa Böyük Qayıdış Konsepsiyası” adlı tədbir keçirilib
Aprelin 24-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Müzəffər Ali Baş Komandanın Qarabağa Böyük Qayıdış Konsepsiyası” adlı tədbir keçirilib. Tədbirdə rəsmilər, şəhid ailələri, qazilər, veteranlar, Milli Aviasiya Akademiyasının tələbələri, Mülki Aviasiya Muzeyinin əməkdaşları, digər qonaqlar və məktəblilər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib, daha sonra video-çarx nümayiş olunub.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, Suraxanı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Ləman Həşimova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri Adil Haqverdiyev, Birinci Qarabağ müharibəsinin veteranı Elxan Şıxəliyev, Şəhid Ailələrini Müdafiə Cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Ağdam, Füzuli, Xocavənd rayonlarında bərpa tikinti və idarəetmə xidmətində aparıcı məsləhətçi Əfsanə Əliyeva, Azərbaycan Mülki Aviasiya Muzeyinin böyük elmi işçisi Rübabə Əliyeva çıxış edərək bildiriblər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin təməli olan Böyük Qayıdış Konsepsiyası Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsinin və strateji uzaqgörənliyinin parlaq təzahürüdür. 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı Zəfər, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də işğaldan azad edilmiş torpaqlarımızda misilsiz bir quruculuq hərəkatının başlanğıcı oldu. Bu konsepsiya, dağıdılmış şəhərlərin və kəndlərin fiziki bərpası ilə yanaşı bölgənin iqtisadi, sosial və mədəni simasının ən müasir standartlar əsasında yenidən dizayn edilməsidir. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən bu tarixi missiya çərçivəsində Qarabağ və Şərqi Zəngəzur hazırda dünyanın ən müasir infrastruktur layihələrinin mərkəzinə çevrilmiş, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, beynəlxalq statuslu hava limanları, nəhəng enerji tunelləri və sürətli magistral yollar Azərbaycanın iqtisadi qüdrətini bütün dünyaya nümayiş etdirmişdir.