COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir

COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir
Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Hövsan QİƏD Üzrə Nümayəndəsi, II Qarabağ müharibəsi qazisi
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a gələn yol adlandırdılar. Çünki COP29 ərəfəsində təşkil olunan bu tədbir, adından da göründüyü kimi, iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək məqsədi daşıyırdı. COP29-a evsahibliyi edəcək ölkənin rəhbəri kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm tədbirin Yüksək Səviyyəli Seqmentində iştirak və çıxış etmişdir. "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.
Cənubi Qafqazın lider dövləti sayılan müstəqil Azərbaycan enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla davamlı inkişaf üçün əhəmiyyətli bazis yaradıb, eyni zamanda beynəlxalq münasibətlərdə mühüm aktora çevrilib. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusuna sahib olub. Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub-saxlayır. Azad media azad sözün, insan hüquqları və azadlıqlarının qoruyucusu rolunda çıxış edir.
Cari ilin 26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxışında “Azərbaycanda azad cəmiyyət var, insanlar, o cümlədən media nümayəndələri tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar” - deyə bildirib.