Prezidentimiz azad edilmiş torpaqlarda Qarabağda bayram tonqalını əvvəlki illərdə də alovlandırmışdır

Prezidentimiz azad edilmiş torpaqlarda Qarabağda bayram tonqalını əvvəlki illərdə də alovlandırmışdır
Gülbacı Salmanlı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktor müavini
Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. ‘’ Prezident İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızı da yad etmişdir. Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır.
Ermənistanın müharibədən keçən 3 il ərzində düzgün nəticə çıxarmamaları, öz qanunsuz silahlı qüvvələrini Qarabağda yerləşdirmək istəyi, qondarma Dağlıq Qarabağ respublikasını yaratmaq istəmələri antiterror əməliyyatlarına gətirib çıxardı. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.
Torpaqların azad edilməsi üçün hərbi gücümüzün artırılması əsas vəzifəmiz idi. Ordumuzun bütün silahlı Qüvvələrimizin döyüş qabiliyyəti artırılmış, maddi-texniki bazası ən yüksək səviyyədə həll edilmişdir.
Prezident çıxışında bildirdi ki, bu il Xankəndi, Xocalı, Şuşa və Cəbrayıl ərazilərinə keçmiş köçkünlər qayıdacaqlar. Həmçinin Xankəndinin qədim tarixinə toxundu. Xankəndi qədim Azərbaycan torpağıdır Pənahəli xan tərəfindən salınmışdır. Əfsuslar olsun ki, keçən əsrin 20-ci illərində əsassız, heç bir hüquqi siyasi əsas olmadan burada muxtar vilayət yaradılmış və ondan sonrada xalqımızın problemləri də başlamışdır.
Fevralın 26-da Xocalı soyıqırımının ildönümünə toxunan Prezident Xocalıda xocalılarla birlikdə memorial kompleksin əsasını qoymasına toxundu. Qanunsuz inşa edilmiş tikililərin yerlə-yeksan edilməsini nəzərə çatdırmış, Xocalıda yerləşmiş, qanunsuz inşa edilmiş parlamnet binası fevralın 26-da sökülməyə başladı, separatçıların izi–tozu da qalmadı. Nitqin sonunda Prezident bir daha bayram münasibətilə xalqımızı təbrik etdi. Azərbaycan xalqına can sağlığı yeni uğurlar arzu etdi Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını nəzərə çatdırdı. Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!