Prezident VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı mühüm fikirlər səsləndirib

Prezident VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı mühüm fikirlər səsləndirib

Elvina Əhmədova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini 

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru

Məlum olduğu kimi, ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, 2018-ci ildən etibarən islahatlar daha çevik xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sahədə inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi cari ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib, islahat xarakterli məqsədyönlü tədbirləri ardıcıl şəkildə davam etdirib.

10 mart 2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmiş, cənab Prezident İlham Əliyev iclasda çıxış etmişdir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurdu. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malik idi.

Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq parlamentin və onun komitələrinin rəhbərliklərinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib. Qanun yaradıcılığı işində deputatlar daha da fəal iştirak edirlər. Belə ki, Milli Məclisin iclaslarında qanun layihələrinin təqdim edilməsinə komitə sədrləri ilə yanaşı, komitələrin sıravi üzvləri, o cümlədən müxalif partiyalardan olan deputatlar da yaxından cəlb olunublar. Eyni zamanda, demokratik mühitin göstəricisi olaraq plenar iclaslar zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının fəal iştirakçılığı təmin edilib, onların təmsilçiləri Milli Məclisin rəsmi nümayəndə heyətlərinin xarici səfərlərində iştirak edirlər.

VI çağırış parlamentdə diqqətçəkən yeni tendensiyalardan biri də qanun layihələri ilə bağlı əhatəli dinləmələrin keçirilməsinə geniş yer verilməsidir. Bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin daha effektiv həllinə və nəticə etibarilə, layihələrin daha yüksək səviyyədə hazırlanmasına kömək göstərir. Xüsusilə, cəmiyyətin ciddi marağında olan önəmli məsələlərlə bağlı geniş dinləmələrin təşkil olunması müvafiq qanunların daha mükəmməl hazırlanmasına, mütərəqqi təkliflərin nəzərə alınmasına şərait yaradır.

Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı ölkəmizdə sistemli islahatların davamı ilə bağlı mühüm fikirlər səsləndirib və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməyin vacibliyini əsaslandırıb.

Prezident İlham Əliyevin strateji kursu islahat və inkişafın bir-birini şərtləndirməsi ilə səciyyələnir. Azərbaycan Prezidenti davamlı və dayanıqlı inkişafı islahat yolu ilə təmin edir, dayanıqlı inkişaf isə zamanın çağırışlarına uyğun olaraq yeni islahatlar zərurəti meydana çıxarır. Beləliklə, ölkə başçısının islahatları davamlı xarakter daşıyır, bütün sahələri əhatə etməklə Azərbaycanın milli gücünün artmasını şərtləndirir.

Ölkəmizin ictimai-siyasi həyatında atılan bütün addımlar sübut edir ki, Azərbaycan sosi al dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır- deyə, dövlətimizin başçısı qeyd edib.