Prezident İlham Əliyev Vyetnam lideri Lamın ölkəmizə səfərini cox yüksək qiymətləndirib

Prezident İlham Əliyev Vyetnam lideri Lamın ölkəmizə səfərini cox yüksək qiymətləndirib

Nailə Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə  6 may 2025-ci il tarixində müsahibə verib. Cənab Prezident  öz müsahibəsində ilk  öncə Azerbaycan ve Vyetnam arasında yarım əsrdən artıq tarixə malik dostluq munasibətlərinin oldugunu qeyd edib. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. Həmin  dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilmişdir.

Cənab Prezident 2014-cü ildə Vyetnama olan dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfərinin iki dövlət arasında münasibətlərdə yeni səhifə açması barədə məlumat verib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

Azərbaycan və Vyetnamın neft sahəsində qarşılıqlı fəaliyyət göstərməsi ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə səbəb oldu. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycanlı mütəxəssislər Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub. 2019-cu ildə isə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında   olduqca mühüm bir müqavilə imzalanib.

Azərbaycanla Vyetnam arasında mədəniyyət, humanitar və təhsil sahələrindəki əməkdaşlıq   sovet dövründən başlasa da ölkəmiz müstəqillik əldə etdikdən sonra   daha da inkişaf etmişdir. Dahi bəstəkar  Qara Qarayev Vyetnam müharibəsi haqqında 1955-ci ildə ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, əsərin premyerası isə 2023-cü ildə Hanoy şəhərində  olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.

Cənab Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşdüyünü, məzunların ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi fikirlər səsləndirdiklərini qeyd edib. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Məsələn, 2024-cü ildə Bakıda Vyetnamlı əsgərlərin Vyetnam müharibəsində  gostərdikləri qəhrəmanlığa həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxt Bakida Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirilmisdir.

Ölkə başçımız  cənab İlham Əliyev   müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün her iki olkenin bütün imkanlara malik olmasını özəlliklə qeyd edib. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel sürətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.

Cənab Prezident İlham Əliyev Vyetnam lideri cənab Lamın ölkəmizə  qarşıdakı səfərini cox yüksək qiymətləndirib. Tərəflərin ikitərəfli münasibətlərinin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək.

Sonda ölkə başçımız cənab İlham Əliyev Vyetnamli tələbələrin ölkəmizdəki təhsil ocaqlarında Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə biləcəklərini söyləyib. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha perspektivli istiqamətə çevriləcək.