Prezident İlham Əliyev: “Təhsil sahəsindəki yeniliklərə açıq olan cəmiyyət bu dövlətin gələcəyidir”

Prezident İlham Əliyev: “Təhsil sahəsindəki yeniliklərə açıq olan cəmiyyət bu dövlətin gələcəyidir”

Nailə Məmmədova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllim

Son 22 ildə aparılan uğurlu islahatlar, əsaslı yeniliklər ölkəmizin hərtərəfli inkişafına səbəb oldu. Cənab Prezidentin böyük zəhməti sayəsində Azərbaycanın Beynəlxalq ictimaiyyətdəki nüfuzu davamlı olaraq artmaqdadır. Prezident İlham Əliyevin proqramlı şəkildə həyata keçirtdiyi daxili və xarici siyasətin  təməlində sağlam və təhsilli Azərbaycan vətəndaşı dayanır.            

2020-ci ildən başlayaraq bütün dünyanın mübarizə apardığı COVID-19 pandemiyası dövründə istər onlayn təhsil sistẹminə sürətli keçid, istərsə də modul tipli klinikaların fəaliyyətə başlaması, tibbi ləvazimatların istehsalı ilə məşğul olan böyük zavodun açılışı, xalqımıza yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün peşəkar tibb personalının tam səfərbər olunması Azərbaycan vətəndaşına verilən böyük dəyərin bariz nümunəsi idi.

Ümümdünya Səhiyyə Təşkilatının ən son statistik göstəricilərinə əsasən son 5 ildə Azərbaycanda  Epidemioloji nəzarət və klinik dəyərləndirmə sahələrində çox ciddi müsbət dinamika müşahidə olunur. Bu isə ölkə başçısının səhiyyə sisteminə olan diqqət və qayğısının nəticəsidir.    

Bir müəllim olaraq da çox böyük qürur hissi kecirdirəm ki, bugün biz Rəqəmsal bacarıqlar, Rəqəmsal məktəb platformalarının doğru dəyərləndirilməsi, STEAM kimi beynəlxalq nüfuzlu layihələrin iştirakçılarıyıq. Cənab Prezidentin də hər zaman söylədiyi kimi təhsil sahəsindəki yeniliklərə açıq olan cəmiyyət bu dövlətin gələcəyidir.  

Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrdən biri “Böyük Qayıdış“ proqramıdır.İşğaldan azad olunmuş torpaqlarımızda nəqliyyat infrastrukturundakı yeniliklər, yeni səhiyyə ocaqlarının yaradılması, orta məktəb, musiqi məktəblərinin bərpası, içməli su və elektrik enerjisi ilə təmin olunma xalqımızın işıqlı gələcəyə olan inam hissini daha da artırır.                                          

Dövlət başçımızın ölkəmizdə və dünyada baş verən hadisələri analiz - sintez etmək qabiliyyəti, uzaqgörənliyi, yüksək siyasi təfəkkürü, hadisələrin ardıcıllığını düzgün təhlil etməsi, Azərbaycanı   44 günlük Vətən müharibəsinin qalibinə çevirdi.   Cənab Prezident ! Biz sizə çox güvənirik, hər humanist qərarınızı  vətəndaş olaraq dəstəkləyirik!