Prezident İlham Əliyev diasporumuzu Şuşaya toplamaqla növbəti şanlı tarix yazır

Prezident İlham Əliyev diasporumuzu Şuşaya toplamaqla növbəti şanlı tarix yazır

Elşad Həsənov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi ekspert

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir. Dünyanın hər yerindən soydaşlarımızın Qarabağda toplaşması, diaspor nümayəndələrinin Şuşadakı qurultaya qatılması hər birimizi sevindirir. Qələbəmizlə bir daha fəxr edirik. Bütün dünyanın diqqəti Qarabağa, mədəniyyət mərkəzimiz olan Şuşaya yönəlib. Prezident İlham Əliyev diasporumuzu Şuşaya toplamaqla növbəti şanlı tarix yazır. Bu, son dərəcə qürurvericidir.

Belə bir əhəmiyyətli tədbirin Şuşada keçirilməsinin böyük rəmzi mənası var. Biz bütün dünyaya göstəririk ki, güclü ölkəyik, qəhrəman xalqıq. Torpaqlarımızı da öz gücümüzlə azad etmişik. İndi isə dünya azərbaycanlıları Qarabağa - Şuşada Zəfərimizin ətrafına yığışıb. Bu sevincli günləri bizə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yaşadır. Qələbələrimizin müəllifi odur. Prezident İlham Əliyev Azərbaycan dövləti qarşısında elə müstəsna xidmətlər göstərib ki, dünyada tayı-bərabəri yoxdur. Biz, İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında düşmənə diz çökdürdük, həm də erməni disaporunu darmadağın etdik, onların əsl mahiyyətini dünyaya çatdırdıq.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan diasporunun formalaşmasındakı danılmaz rolundan, son illər Prezident İlham Əliyevin ciddi nəzarəti ilə diaspor fəaliyyətinin daha da inkişaf etməsi və güclənməsindən, qarşıda duran vəzifələrdən danışıb. Şuşada keçirilən qurultay qarşıya yeni hədəflər qoyur, yeni vəzifələr müəyyənləşdirir. Biz arxayınlaşmamalıyıq, fəaliyyətimizi daha dinamik qurmalıyıq. Erməni diasporunun yenidən baş qaldırmasına imkan verməməliyik.