Prezident fikirləri bəşər dəyərlərinə hörmətdən xəbər verir. Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri
Səidə Şükürova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 324 saylı bağçanın tərərbiyəçisi
Münxen Təhlükəsizlik Konfransı dünyanın yeni təhlükəsizlik arxitekturasına gedən yolda mühüm bir mərhələ kimi səciyyəvi hesab edilir. Tarixdə ilk dəfə idi ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə üç Cənubi Qafqaz ölkəsinin rəhbəri Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada birlikdə görüşürlər. Rusiy-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişməsi barədə cıxışlar edilib.
Paneldə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan xalqının müharibənin nə olduğunu çox yaxşı bildiyini xususilə qeyd etdi. 44 gün çəkmiş müharibə iki ildən bir az əvvəl baş verdiyini də söylədi. Müharibənin xalqlar üçün nə dərəcədə dağıntılar, itkilər, əziyyətlər gətirdiyini və buna görə də təbii ki, Avrasiyada sülhün bərqərar olmasını istədiklərini dilə gətirdi. İclasda İlham Əliyev hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işlərin aparılmasını da xüsusilə diqqəti çəkdi. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarsılıqlı ədavət və düşmənçiliyə son qoyulmalıdır. Prezident fikirləri bəşər dəyərlərinə hörmətdən xəbər verir.
Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri barədə cənab İlham Əliyev dedi ki, biz haqlı olaraq yataqlarımızın qanunsuz istismarının dayandırılmasını tələb edirik. Prezident Dağlıq Qarabağ (Naqorno Karabax) sözünün artıq qüvvədən düşdüyünü, əslində “naqorno” sözünün rus dilində dağlıq demək olduğunu bildirdi, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını da qeyd etdi. Tərəfdaşlardan Azərbaycanın suverenliyinə və Konstitusiya hörmət etməyi xahiş etdi.
Azərbaycanda erməni əhalisinin yaşadığı Qarabağ rayonunun olduğunu da bildirdi. Belə ki, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil,
Indiyənə qədər 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçirdiyini, Qarabağdan demək olar ki 100 passient mualicə üçün Qızıl Xaç tərəfindən Ermənistana aparıldığını da qeyd etdi. Beləliklə yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq deyə Prezident əlavə etdi. Hazırki vəziyyəti başa düşməyin vacibliyini, həmçinin hazırki vəziyyətdən düzgün dəyərləndirmək üçün biz bir qədər tarixə nəzər salmağı da təklif etdi. Demək olar ki torpaqlarımızın 30 il Ermənistanın işğalı altında olduğunu, Ermənistanin 27 il ərzində Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxladığını, beynəlxalq hüququ pozduğunu Prezident qeyd etmişdir.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyini və ona qarşı heç bir sangsiya tədbiq edilmədiyini, bizim hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb etdiyimizi Prezident bir daha vurğuladı. O, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözlədiyimizi bildirdi. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə də biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamərini icra etmək üçün döyüşməli və 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bu günkü vəziyyəti və ya ordakı erməni icmaları ilə əlaqəmizi kontekstdən çıxararaq 30 illik işğalı Livan böyüklüyündə ərazinin tamamilə xarabalıq içində olduğunu unutmamalıyıq.