Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 26 İyun Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur

Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 26 İyun Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur

Rəvanə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 265 saylı körpələr evi və uşaq bağçasının müdiri

26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. İlk dəfə 1918-ci il 26 İyun fərmanla Azərbaycan Milli Ordusunun yaradılması başlandı. Ulu Öndər Heydər Əliyev 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan edilmişdir. Nəzərə alsağ ki, 1918-ci ildə müstəqil dövlət yaratsaq da sonradan Sovet imperiyasının tərkibində uzun illər müstəqilliyimizi itirmişik. Lakin bu 1990-cı illərə qədər davam etmiş sonra isə Birinci Qarabağ müharibəsi başlamışdır. Nəhayət 1991-ci il Oktyabrın 18 də müstəqil Azərbaycan Respublika bərpa olunmuşdur.

Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsəsdilə 1999-cu il yanvarın 20-sində Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 26 İyun Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardımançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin daxili və xarici siyasəti sayəsində Milli Ordumuz günü gündən güclənir. Son 5 ildə ordumuz Silahlı qüvvələr gününü qürurla və əyilməz olaraq qeyd edir.  Biz xalq olaraq qalib ordumuzun və Ölməz Şəhidlərimizin ruhu qarşısında baş əyirik!