Prezident dünyanı Azərbaycanın haqq müharibəsinə inandırdı
Nənəxanım Paşayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
“Suraxanı OYl OK.S A”Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xidmət rəhbəri
Fevralın 18-də Münhendə Paşinyanın cənab İlham Əliyevlə panel müzakirəsində iştirak etməyəcəyi barədə ilkin informasiya olsa da maraqla gözlənilən debat baş tutdu. 2020-ci ildə həmin məkandakı ilk debatın dünya ictimaiyyətində dərin təəssürat oyatdığını xüsusilə qeyd etmək lazımdır. O vaxtkı debatın xüsusiyyəti tək o deyil idi ki, tərəflər arasında ilk dəfə keçirilirdi. Maraq oyadan cəhət o idi ki, Ermənistan tərəfi ilk dəfə belə formatda müzakirəyə razılıq vermişdi. Həmin Ermənistanın formal hərbi üstünlüyü şəraitində keçirildi. Prezident həmin görüşdə mövqeyimizə, haqlı olduğumuza inam və cəsarət nümunəsi yaratdı. O görüşdə Prezidentimiz torpaqlarımızın 20 faizini 30 il müddətində əsarətdə saxlayaraq, "Qarabağ tarixən sizin olmayıb"- deyən həyasız düşməni soyuqqanlıqla qarşılayaraq öz konkret arqumentləri ilə sözün əsil mənasında darmadağın etdi.
2020-ci ildə həmin məkandakı ilk debat İlham Əliyev tarix ücün çox az vaxtdan sonra başlayacağı Vətən savaşına etibarlı ideoloji müdafiə və təminat təməli yaratmış oldu. Dünyanı Azərbaycanın haqq müharibəsinə hazırladı. O, dünya ictimaiyyətində belə bir rəy yaratdı ki, Azərbaycanın torpaqları naminə ədalətli müharibəyə haqqı var. Xalqı ilə, Ordusu ilə “Dəmir yumruq”da birləşməklə haqq-ədaləti, xalqının illər boyu mənfur düşmənlər tərəfindən pozulmuş hüququnu-öz doğma torpaqlarında yaşamaq hüququnu bərpa etdi.
Münhendəki son fevral görüşündə Qalib Azərbaycanın Müzəffər Prezidenti müharibədən sonra regionumuzda təhlükəsizlik strategiyasının ikivektorlu yanaşmadan asılı olduğunu çox aydın ifadə etdi. İlham Əliyev bir daha öz mövqeyini qəti şəkildə bildirdi: Azərbaycan-Ermənistan danışıqları və Azərbaycanla Qarabağın erməni əhalisi arasında danışıqlar baş tutmalıdır. İlham Əliyev keçmiş “Dağlıq Qarabağ” üzrə ayrıca danışıqlar paneli yaratmaq strategiyasının mənasızlığını həm Ermənistana, həm də beynəlxalq maraqlı tərəflərə açıq bəyan etdi.
Prezident konkret təkliflə regional komunikasiyalar haqda təsəvvürləri tamamladı-Zəngəzur dəhlizinin hər iki başında və Ermənistanla Laçının arasında nəzarət - buraxılış məntəqələrinin yaradılması təklifini irəli sürdü. İlham Əliyevin “Dağlıq Qarabağ” ifadəsini daxil etməmək şərti ilə sazişin beynəlxalq norma və prinsiplər əsasında hazırlanması mövqeyini ifadə etməsi bir daha sübut etdi ki, Azərbaycanın siyasəti ardıcıl, prinsipial və dönməzdir.