Orta Dəhliz Şərq ilə Qərbə iqtisadiyyat və təhlükəsizlik imkanı vəd edir
Dadaş Baba-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru
Hər zaman dövlətinin maraqlarını qoruyan, xalqının rifahının hər şeydən öndə olduğunu nümayiş etdirən cənab Prezident İlham Əliyev 25 noyabr 2022-ci il tarixində Bakıda ADA Universitetində “Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edərək konfrans iştirakçılarının suallarını cavablandıran zaman bir daha beynəlxalq aləmdə Azərbaycanın nufuzunu yüksək tutaraq, çox böyük əminliklə siyasi, iqtisadi və beynəlxalq əlaqələr sahəsində inkişafdan bəhs etmişdir.
Cənab Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi Orta Dəhliz kimi irimiqyaslı bir layihəni icra etmək üçün sülh, əmin əmanlıq, siyasi sabitlik önəmli bir məsələdir. Belə bir uzunmüddətli siyasi sabitliyi, təhlükəsiz bir şəraitdə nail olmaq üçün Azərbaycan 30 il boyunca sülh yolu ilə öz əzəli torpaqlarını geri qaytarmaq üçün çox böyük cəhdlər etmişdir. Lakin qarşı tərəfin bu sahədə göstərdiyi qeyri-sabit siyasi münasibəti, eləcə də beynəlxalq aləmdə bəzi təşkilatların Azərbaycanın ərazi bütövlüyü məsələsinə soyuq münasibət bəsləməsi nəhayət bizi vadar etdi ki, torpaqlarımızı hərb yolu ilə geri qaytaraq.
Əminliklə deyə bilərik ki, Orta Dəhliz Şərq ilə Qərbə iqtisadiyyat və təhlükəsizlik imkanı vəd edir. Bu gün belə bir siyasi sabitlik şəraitində biz iqtisadi sahədə Coğrafi cəhətdən açıq dənizə, okeanlara çıxışımız olmadığına görə çox gərgin işləməli olsaq da digər yandan Asiyanın arasında yerləşməyimiz bizim üstün mövqeyimizdən xəbər verir. Bu sahədəki infrastruktura güclü sərmayə yatıran bir ölkə kimi deyə bilərik ki, biz xüsusən yol infrastrukturu sahəsində tam hazırıq.
Eyni zamanda diqqəti su nəqliyyatına yönəldən ölkə başçısı konfrans iştirakçılarının suallarına cavab olaraq dəniz ticarət limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyini bildirdi. İnanırıq ki, fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun daha da inteqrasiya olunmasına imkan yaradacaqdır.
Bu gün Azərbaycan Zəngəzur dəhlizi məsələsini Rusiya ilə müzakirə edir. Bu da sübut edir ki, Ermənistanın müstəqilliyi formal xarakter daşıyır və o, asılı bir dövlətdir.
Biz uzun illərdir qardaş Türkiyə ilə tərəfdaşıq və bunu Şuşada imzalanan tərəfdaşlıq bəyannaməsi ilə rəsmilasdirdik. Cənab Prezident İranla münasibətlərə aid suala gəlincə qeyd etdi ki , orada yaşayan azərbaycanlılar bizim ölkənin bir parçasıdır.
Azərbaycan sülhsevər dövlətdir və istənilən halda hər bir ölkə ilə aramızda sülhün tərəfindəyik. Siyasi sabitlik, iqtisadi yüksəliş, texnoloji yeniliklər Azərbaycanın beynəlxalq aləmdə imicinin yenilənməsinə, tərəfdaşlarının artmasına səbəb oldu. Bu sahədə əldə etdiyimiz uğurlar Ümummili Lider Heydər Əliyevin uğurlu siyasətinin davamçısı olan cənab Ali Baş Komandan İlham Əliyevin əvəzolunmaz əməyinin nəticəsidir.
Xalqımız hər zaman dövlət başçımızın siyasi arenada qazandığı uğurları dəstəkləyir və onun yanındadır. Var olsun Müstəqil Azərbaycan! Yaşasın, cənab Ali Baş Komandan!