Ordu quruçuluğu Ulu öndərimizin Azərbaycançılıq məfkurəsinin bir hissəsidir
"Dalğa" Elmi İstehsalat Birliyinin şöbə rəisi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək o yenidən hakimiyyətə qayıtmışdır. Azərbaycan xalqının müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq üçün, Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.
Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətidir. Ana dilimizin dövlət qayğısı ilə əhatə olunması ictimai siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinə müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu öndərimizin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur.
Ulu öndərimiz hər zaman xüsusilə vurğulayırdı ki, biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik.”
Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir.”
Ümummilli liderimizin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz öz qüdrətini, döyüş qabiliyyətini, qələbə iradəsini, vətənpərvərlik hisslərini “Vətən müharibəsində” nümayiş etdirərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Vətənpərvərlik, Vətəni sevmək, Vətən yolunda şəhid olmaq şanlı ordumuzun daim göz önündə saxladığı məqsəddir.
XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir. Heydər Əliyevin “orduda gərək dəmir nizam-intizam olsun” kəlməsi bu gün Ali Baş komandanımızın “dəmir yumruq” şüarı ilə özünü sübuta yetirmişdir.
Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri, qəhrəman Milli Ordusu, dəyərli general və zabitləri, mətin, qəhrəman və hərbi hazırlıq keçmiş əsgərləri var və torpaqlarımız etibarlı əllərdədir.