Ölkəmizdə alman tarixinə, dilinə və mədəni irsinə böyük hörmətlə yanaşılır

Ölkəmizdə alman tarixinə, dilinə və mədəni irsinə böyük hörmətlə yanaşılır

Vəfa Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 268 saylı bağça və körpələr evinin müdiri

Azərbaycan xarici siyasət strategiyasında yeni bazarlara çıxış və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Azərbaycan Almaniya Federativ Respublikası üçün də, cəlbedici ölkədir. Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda yüksək səviyyədədir. Qeyd edek ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var.

Hazırda  Azərbaycanda 100-ə yaxın Alman müəsisəsi fəaliyyət göstərir. Bu müəssisələr uğurlu nəticələr əldə edib. Aprelin 2-də İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü zamanı bildirilib ki, ikitərəfli münasibətlərimiz daha da güclənəcək. Frank-Valter Ştaynmayer isə Qarabağ Azərbaycandır mövqeyini təsdiqləyib.

Həmçin qeyd edib ki, AlmaniyaTransxəzər Beynəlxalq Nəqliyyat Marşurutu layihəsinə böyük əhəmiyyət verir. Berlin nəqliyyat sahəsində əməkdaşlığın inkişafının tərəfdarıdır. Frank-Valter Ştaynmayer həmçinin vurğulayib ki, Cənubi Qafqaz da dayanıqlı sülh və sabitlik regionun iqtisadi inkişafına daha böyük təkan verəcək. Hər iki prezident ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyini təsdiqləyib.