Naxçıvanda vətəndaş məmnunluğu: "DOST" və "Asan xidmət" mərkəzləri

Naxçıvanda vətəndaş məmnunluğu: "DOST" və "Asan xidmət" mərkəzləri

Arzu Məmmədova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru

Dövlət başçısı, möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanımızın müxtəlif bölgələrinə səfərləri artıq bir ənənəyə çevrilmişdir. Bu vətənimizə, xalqımıza göstərilən diqqətin bariz nümunəsidir. Bu baxımdan dövlət başçısının Azərbaycanımızın gözəl guşələrindən olan Naxçıvana səfəri istisna olmadı. Bu prezidentimizin Naxçıvana sayca artıq 17 ci səfəri idi.

Bu gün Azərbaycanın digər bölgələrimiz kimi Naxçıvanda da sosial-iqtisadi, mədəni sahələrdə inkişaf etməkdədir. Dövlət başcısı səfəri zamanı verdiyi müsahibədə xüsusi qeyd etdi ki, Naxçıvanin coğrafi mövqeyi onun təhlükəsizliyinin daha da gücləndirilməsini tələb edir. Buradakı Əlahiddə Azərbaycan ordusu, komanda qüvvələrinin yaradılması, hərbi hissələrin ən yeni hərbi texnika ilə təminatı bu işlərin yalnız bir hissəsidir.

Bundan başqa əhalinin sosial müdafiəsinin təmin olunması üçün burada iş yerlərinin açılması da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar respublikasında yaradılan sənaye parkının yaradılması buna nümunədir. Eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Naxçıvanda 300 meqavat gücündə elektrik stansiyasının tikintisi nəzərdə tutulub.

Naxçıvanı qazla təmin etmək üçün İranla bağlanan müqaviləyə əsasən Azərbaycanin Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilmiş, əvəzində İran ərazisindən Naxçıvana qaz xətti çəkilmişdir. Bu mübadilə nəticəsində Naxçıvan 100 faiz qazla təmin edilmişdir. Eyni zamanda dövlət başçısının sərəncamı ilə Naxçıvanda 600 hektardan çox ərazidə Günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Bu nəinki həmin enerjini hasil etməyə, həm də onu ixrac etməyə də imkan verəcək.

Naxçıvanda vətəndaş məmnunluğunu təmin etmək üçün "DOST" və "Asan xidmət" mərkəzləri fəaliyyət göstərir.

Naxçıvanın Azərbaycanla əlaqəsinin təmini üçün Vətən müharibəsindən dərhal sonra böyük işlər görülmüşdür. Hələ 10 noyabrda imzalanan bəyanata bu barədə xüsusi bəndin salınması dövlət başçısının bu məsələyə xüsusi həssaslıqla yanaşmasını göstərir. Vaxtilə, cətin  1992-93 cü ildə ulu öndər Heydər Əliyevin bu diyarı blokadadan çıxarması sahəsindəki xidmətləri danılmazdır.

Naxçıvanınla həm avtomobil, həm dəmir yol əlaqəsinin yaradılması da Zəngəzur dəhlizi məsələsini daha da aktuallaşdırır. Bu baxımdan 2025 ci ilin avqustun 8 də tarixi Vaşinqton zirvə görüşündə bu barədə razılığa gəlinməsi prezidentimizn diplomatik bacarığının bir nümunəsidir. Hətta Avropa İttifaqı da bu layihədə iştirak etməkar azusunu bildirib.

Dəmir yolunun 15 milyon tona çatdırılması sahəsində işlər görülür. Şimal-qərb nəqliyyat yolunun bir hissəsi olan Zəngəzur dəhlizi həm də fiber-optik kabel, elektrik xətlərinin, hətta gələcəkdə neft-qazın ixracını mumkün edir. Bu baxımdan dəhliz Naxçıvanımız üçün çox önəmlidir.

Horadiz - Ağbənd dəmir və avtomobil yolunun çəkilməsi də Naxçıvanla əlaqəyə töhfə verəcək. Naxçıvanda avtobus parkı da yenilənmiş və elektrikli avtobuslar xəttə buraxılmışdır.

Naxçıvanın qədim tarixinin qorunması sahəsində də işlər sürətlə gedir. Möminə Xatun türbəsinin bərpası, memar Əcəminin abidəsinin qoyulması bu işlərin hələ bir hissəsidir və diyarın turizm əhəmiyyəti artmaqdadır.

Bir sözlə, dövlətimizin və onun başcısı cənab İlham Əliyev gərgin səyi nəticəsində Naxçıvanımız da digər bölgələrimiz kimi inkişaf edir və bundan sonra da inkişaf etməkdə davam edəcəkdir.

Paylaş