"Müəllim Zəka və Zəhmətin Mənbəyidir” adlı tədbir keçirilmişdir

3 oktyabr 2025-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının inzibati binasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə “Müəllim Zəka və Zəhmətin Mənbəyidir” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təbrik etmişdir. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, müəllim, Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, insanları həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Vüqar Seyidov onu da bildirmişdir ki, YAP Suraxanı rayon təşkilatının ətrafında birləşən çoxminli üzvlərin böyük əksəriyyəti məhz təhsil işçiləridir. Təhsil işçiləri- müəllimlər ictimai-siyasi proseslərdə fəal iştirak edir, Prezident cənab İlham Əliyevin qalib siyasətini dəstəkləyirlər.
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin müəllimi Təranə Alıyeva çıxış edərək demişdir ki, YAP Suraxanı rayon təşkilatı bütün sahələrdə olduğu kimi təhsil işçilərinə də xüsusi diqqət və qayğı göstərir və onların ictimai fəal kimi formalaşmasında müstəsna rol oynayır.
Sonda Suraxanı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP üzvü Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olundular.