Müşavirədə Prezident sülh danışıqlarına, üçtərəfli görüşlərə toxunaraq bu barədə öz mövqeyini ifadə etmişdir
İxtiyar Nəcəfov
Qaraçuxur Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Dövlətimizin başçısı çıxışında torpaqlarımızın işğalı və müharibə dövründə habelə sonrakı mərhələdə digər beynəlxalq təşkilatların – BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq təşkilatının ölkəmizə qarşı ədalətli mövqe nümayiş etdirdiklərini, həmçinin Minsk qrupuna mandat verən ATƏT-in də İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yaranan yeni reallıqları tam qəbul etdiyini vurğulayıb. ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir.
Azərbaycan Prezidenti müşavirədə bildirib ki, iqtisadiyyatla həmçinin ərazilərin bərpası ilə bağlı mühüm addımlar atılıb və yüksək nəticələr əldə edilib. Azərbaycanın iqtisadi göstəriciləri də birinci rübdə uğurlu olub. Ümumi daxili məhsul 9,8 faiz artıb. Qeyri neft iqtisadiyyatı 10 faizdən çox yüksəlib. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çox olub. Bu rəqəmlər iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılığın azaldılması ilə reallaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanaqlı iqtisadi inkişafın nəticələrinin əldə olunan iqtisadi dividentlərin, ilk növbədə əhalinin güzaranını yüksəldilməsinə yönəldilməsi sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır.
Müşavirədə bir daha sülh danışıqlarına üçtərəfli görüşlərə toxunaraq həqiqətləri açıqlayan Prezident dedi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. İndi əsas məsələ Ermənistan – Azərbaycan münasibətlərinin normalaşdırılmasıdır və bu sahədə öz töhfəsini verə bilən istənilən təşkilat qəbul ediləndir. Prezidenti nitqində Vətən Müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işlərinin uğurla gerçəkləşdirilməsi haqqında da ətraflı məlumat vermişdir. Biz azad olunmuş ərazilərdə görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilmişdir.
Prezident İlham Əliyev tərəfindən işğaldan sonra Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, ələcə də Azərbaycanin coxəsirlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə bu yaşayış sahəsinin respublikamızın mədəniyyət paytaxtı edilməsi ilə bağlı müvafiq sərəncam imzalanıb. İCESKO rəhbərinin cari ilin əvvəlində ölkəmizə səfəri zamanı isə Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı təşəbbüs irəli sürülüb.
İşğaldan azad olunan ərazilərimizdə turizm infrastrukturunun yaradılması, oradakı mədəni tarixi abidələrin tanıdılması ilə bağlı layihələrin icrasıda diqqətdə saxlanılır. Həmçinin turizm potensialının öyrənilməsi, qiymətləndirilməsi və turizm inkişaf konsepsiyalarının hazırlanmasına da xüsusi önəm verilir.