Azərbaycanda magistral yollar müasir standartlara cavab verir
Vəfa Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 268 saylı uşaq bağçası-körpələr evinin müdiri
Nəqliyyat infrastrukturu hər bir ölkənin sosial-iqtisadi inkişafının əsas dayaqlarından biridir. Müasir dövrdə iqtisadi əlaqələrin genişlənməsi,truzimin inkişafı,regionlararası inteqrasiynın dərinləşməsi magistral yolların keyfiyyətindən və təhlükəsizliyindən birbaşa aslıdır.Məhz buna görə də, Azərbaycan dövlət müstəqillik illərindən etibarən nəqliyyat sektorunun, xüsusilə də avtomobil yollarının inkişafına böyük diqqət yetirir.
Son 20 ildə ölkədə həyata keçirilən gənişmiqyaslı yol infrastruktur layihələri nəticəsində magistral yollar tamamilə yenidən qurulmuş,beynəlxalq və yerli standartlara cavab verən müasir nəqliyyat şəbəkəsi formalaşdırılmışdır. Bu gün Azərbaycan yolları həm regionda, həm də beynəlxalq səviyyədə nümunə göstəriləcək səviyyədədir. Azərbaycan Respubikasında magistral yolların inşası və yenidən qurulması dövlətin uzunmüddətli inkişaf strategiyasının mühümhissəsini təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”, “Azərbaycan 2030: sosial-iqtasadi inkişafa dair Milli Prioritetlər” və “Yol İnkişaf Proqramı”çərçivəsində ölkəınin bütün bölgələrində avtomobil yolları sistemli şəkildə bərpa olunub. Bu proqramlar nəticəsində yüzlərlə kilometr magistral yol tikilmiş,körpülər,tunellər,yol qovşaqları və keçidlər inşa edilmişdir.
Yolların keyfiyyətinə nəzarət beynəlxalq standartlara uyğun şəkildə aparılır və bu Azərbaycan beynəlxalq reytinqlərdə yüksək mövqedə qərarlaşmasına səbəb olmuşdur. Azərbaycan magistral yollarının tikintisində və bərpasında müasir texnologiyalar tətbiq olunur.
Asfalt-beton örtüklərinin istehsalında iqlim şəraitinə uyğun nyeni nəsil materiallardan istifadə edilir, yol nişanları və işıqlandırma sistemləri beynəlxalq təhkükəsizlik standartlarına uyğun qurulur.Ən mühüm layihələrdən biri Bakı-Tblisi-Qars dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqəli magistral yollardır. Bu yollar vasitəsilə Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələrdən birinə çevrilib.
Eyni zamanda qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa olunan Zəfər Yolu, Füzuli-Şuşa,Laçın, Zəngilan-Cəbrayıl magistral yolları işğaldan azad olunmuş,ərazilərin bərpası mühüm rol oynayır.Bu gün Azərbaycan magistral yolları müasir beynəlxalq standartlara tam cavab verir. Yeni magistral yollar ölkənin iqtisadi potensialını gücləndirir,regionların bərabər inkişafına şərait yaradır, truzimi, ticarəti və beynəlxalq əlaqələri genişləndirir.
Beləliklə,”yol inkişafın yoludur” prinsipi əsasında qurulan bu siyasət Azərbaycan müasir,güclü və dinamik ölkə kimi inkişafına xidmət edir.