Müdrik xalqımız kimi, Prezident seçdiyini çox yaxşı bilirdi
Vəfa Əzizova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Bakı şəhəri 114 nömrəli tam məktəbin tarix müəllimi
Azərbaycan xalqı əsrlər boyu çox böyük faciələr yaşamışdır. Bunlardan ən ağrılısı olan soyqırımlar və torpaqlarımızın parçalanması, qonşu dövlətlər tərəfindən işğala məruz qalması olmuşdur. Bizim xalqımız yaşadığı tarixdən, faciələrdən dərs çıxarıb və öz bütövlüyünü qorumaq üçün doğru seçimi edə bilən xalqdır. Elə məhz buna görə də 2018-ci ilin aprel ayının 11-də bir daha öz seçimini uğurla etdi. Nəticədə keçirilmiş növbədənkanar seçkilərdə cənab İlham Əliyev uğur qazandı. Bu seçkilərdə xalq öz övladının verəcəyi qərarları dəstəklədi və Siyasi bacarığı, idarəetmə bacarığını seçdi. Xalqımız 2018-ci ilə qədər və ondan sonrakı dövrdə ölkədə aparılan bütün siyasi iqtisadi islahat və proseslər bir daha xalqımızın bu seçimlə böyük uğura imza atdığını sübut etdi. 2016-cı il aprel döyüşləri 4 günlük müharibədə qazanılmış hərbi uğurlar işğalda olmuş torpaqlarımızın az bir hissəsini işğaldan azad edilməsi elə xalqımıza doğru seçimi etmək üçün daha böyük bir əsas verirdi.
Cənab İlham Əliyev sonuncu seçkilərdən sonra xalqımıza müraciətində bir daha xalqımızın ona göstərdiyi etimad, inama görə minnətdarlıq bildirib və xalqımızın ona göstərdiyi etimadı və inamı hər zaman doğruldacağına söz verib. Bu söz tariximizdə əməli əksini tapdı. Ali Baş Komandan işğal altında qalan torpaqlarımızı siyasi bacarığı və xalqın dəstəyi ilə işğaldan azad etdi. Lakin Cənab Prezidentimizin uğurları yalnız bunlarla kifayətlənmir, Prezidentimiz xalqın rifahının yüksəldilməsi üçün xüsusi iqtisadi və sosial layihələr və planların hazırlanmasına ayrıca diqqət göstərir. Azərbaycanda təhsilin inkişafına diqqət göstərilib, hər bir şagirdin hətta ucqar dağ kəndlərində məktəblərin müəllimlə və dərsliklərlə təmin edilməsi üçün hər zaman lazımi tədbirləri görülüb. Rayon və kəndlərdə gənclərin inkişafına dəstək məqsədilə gənclər evi və olimpiya kompleksləri açılması üçün çox böyük təşəbbüs göstərib.Məhz gənclərimizə göstərilmiş bu qayğı və diqqət onların vətənpərvər ruhda inkişaf etməsinə böyük dəstək oldu.
Xalqımızın rifahının yüksəldilməsi güzəranın yaxşılaşdırılması üçün xüsusi layihələr həyata keçirilib. Bu layihələr də azad sahibkarlığın inkişafına böyük diqqət göstərilib. Gənclərin bəhs edilən layihələrdə fəallığına və marağına xüsusi əhəmiyyət verilib. Çünki gənclərin enerjisi ilə illərin təcrübəsinin bir araya gətirilməsi inkişafa daha çox təkan verdi. Azərbaycan da neft-qaz sektorlarının inkişafı ilə əlaqədar qazanılan gəlirlər qeyri neft sektoruna və insan kapitalının inkişafına daha çox yönləndirilib. Bu gün Azərbaycan regionun söz sahibi və dünya iqtisadiyyatına inteqrasiya etmiş ölkələr sırasında yer almışdır. Respublikada yaradılmış “ASAN” xidmət mərkəzləri dünya ölkələrinin marağına səbəb olub. Bu xidmət mərkəzlərində gənclərin işlə təminatı və könüllülərin təcrübə qazanması ən uğurlu layihələr sırasında olduğundan xəbər verir.
Məhz bir çox layihələrin uğurla həyata keçirilməsi xüsusi istedad tələb edən liderlik potensialına sahib olan doğru şəxsin seçimini doğru zamanda seçilməsini xalqın imzasında təsdiqini təmin etdi. Bu seçim Ümummilli Lider Heydər Əliyev siyasi kursunun yetirməsi olan İlham Əliyev oldu. Müdrik xalqımız kimi Prezient seçdiyini çox yaxşı bilirdi. Bir xalqın nümayəndəsi olaraq Ümummilli Lider Heydər Əliyev məktəbinin davamçısı olan Cənab İlham Əliyev hər zaman xalqımıza üçün ən doğru qərarı verə bildiyi üçün bütün qərarlarında dəstəkləyirik.