Müasir Rusiya-Azərbaycan münasibətləri möhkəm təmələ əsaslanır
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Bildiyimiz kimi hazırda Azərbaycanın bir çox dünya dövlətləri ilə diplomatik əlaqələri var. Azərbaycanın gücünün son illər daha da artması xarici dövlətlərin ölkəmizə marağını artırmışdır. Ölkəmizin coğrafi mövqedən əlverişli bir şəraitdə yerləşməsi, yeraltı və yerüstü sərvətləri ilə zəngin olması diqqəti özünə çəkir.
Azərbaycanın diplomatik münasibətlərinin olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Bildiyimiz kimi Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də yaranmışdır. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda isə Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Həmçinin Azərbaycanla Rusiya sıx ticari-iqtisadi münasibətlərə də malikdirlər.
Prezident İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfər edib. Prezidendtlərin təkbətək görüşü keçirilib. İlham Əliyev həm də Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə də görüşüb. Bu görüşdə Cənab Prezidentimizin çıxışı zamanı səsləndirdiyi fikirlər iki ölkə arasında münasibətlərin inkişafına daha da müsbət təsir göstərəcəyinə əminik. Görüş zamanı İlham Əliyevin toxunduğu məslələrdən biri də regionda təhlükəsizlik olmuşdur. O da qeyd olundu ki, iki ölkə arasında qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışılır.
Bundan başqa ilin yanvar ayında imzalanan “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” isə bu iki dövlət arasında əlaqələrin sürətli inkişafına və genişlənməsinə şərait yaradacaqdır.