Mingəçevir-energetika sahəsində ən önəmli şəhərimiz

Mingəçevir-energetika sahəsində ən önəmli şəhərimiz

Havaxanım Məmmədhüseynova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 267 saylı körpələr evi və uşaq bağçasının müdiri

Fevralın 13-də Bakıda “Gülüstan sarayında müstəqillik dövrünün 1280MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Həmin mərasimdə çıxış edən cənab Prezident İlham Əliyev bu hadisənin çox əlamətdar olduğunu və ölkəmizin enerji potensialını böyük dərəcədə güclənəcəyini və Mingəçevir şəhərinin Azərbaycanın elektroenergetika mərkəzinə çevriləcəyini qeyd etdi.

Xüsusilə qeyd etməliyik ki, Mingəçevir şəhərinin əsas elektroenergetika mərkəzinə çevrilməsində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-ci ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Bu gün bizim belə böyük əlamətdar hadisəni yaşamağımızda böyük rol oynayan Ümummilli Lider Heydər Əliyev 1981-ci ildə Mingəçevirdəki stansiyanın açılışında şəxsən iştirak etmişdir.

Sonraki illərdə əlbəttə ki, hər şeyin yenilənməyə və inkişafa ehtiyacı vardır. Bunların arasında infrastruktur ilk yerdədir. Mingəçevir elektrik stansiyası da 2018-ci ildə tamamilə yenilənmiş və bərpa olunmuşdur. Mingəçevir stansiyasının əhəmiyyəti bizim üçün çox böyükdür. Bunu təkcə biz yox eyni zamanda düşmənlərimiz də yaxşı anlayırlar. Buna görə də Vətən müharibəsi dövründə düşmənlər oranı hədəfə alaraq raketlərlə zərbələr endirməyə aşlamışdılar bununla onlar bizi enerjisiz qoymaq niyyətində idilər. Lakin bizim hava hücumundan müdafiə qüvvələrimiz bunun qarşısını aldılar. Beləliklə, düşmən öz niyyətinə çata bilmədi.

Cənab Prezident İlham Əliyev öz çıxışında eyni zamanda yeni tikiləcək stansiyanın ekoloji səmərəsindən də söz açdı. Qeyd etdi ki, yeni tikiləcək stansiya nəticəsində karbon qazı 2 milyon ton azalacaq və bu da bizim üçün böyük ekoloji yükün aradan qaldırılmasına gətirib çıxaracaq. Mingecevir stansiyasının tikintisi zamanı Azərbaycanın daxili resurslarından istifadə olunmağı bizə belə bir stansiyanın tikintisinə lazım olan vəsaitdən 3-4 dəfə az məbləğdə xərc tələb olunacaq.

Tikinti işlərinin xarici şirkətlərlə birgə həyata keçiriləcəyini nəzərə çatdıran cənab Prezident İlham Əliyev Mingəçevir stansiyasının ölkəmiz üçün böyük əhəmiyyətini qeyd etdi. Bu gün bütün dünyada baxmayaraq ki, bərpa olunan enerjiye üstünlük verilir, buna baxmayaraq ənənəvi enerji mənbələrinə də böyük ehtiyac vardır. Bu böyük layihə sayəsində yaxın zamanda Azərbaycan elektrik enerjisi Avropaya çatdırılacaq. Neft-qaz sahəsində olduğu kimi elektrik sahəsində də böyük uğurlara imza atacağıq.

Hər zaman xalqının yanında olan , rifahını düşünən Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük layihələr, atılmış imzalar bizə daha firavan, uğurlu gələcəkdən xəbər verir. Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətinin davamçısı, hər addımında xalqi tərəfindən dəstəklənir.

Yaşasın Ali Baş Komandan İlham Əliyev,var olsun müstəqil Azərbaycan!