Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisələrdən biridir
Günay Nəbiyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 279 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçisi
Azərbaycan xalqının Milli Qurtuluş Günü Azərbaycan Respublikasının rəsmi bayramlarından biridir. Azərbaycan xalqının taleyində elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsasını qoyub.
15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan Azərbaycan xalqının müstəqilliyini qorunub saxlanılmasında, inkişafında mühüm rol oynayan daim xalqının yanında olub, ona dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisələrdən biridir. Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb. Respublikamızda dövlət quruculuğunun sosial -iqtisadi inkişafının təməli qoyulub. 1993-cü il iyunun 15 -də Ulu Öndər Heydər Əliyev Azərbaycan respublikası Ali Sovetinin sədri seçildi.
Milli məclisin 1993- cü il iyunun 15 -də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Azərbaycan xalqının müstəqilliyini qazanmaq qarşıda qoyulan məqsəd idisə, müstəqilliyimizi qoruyub, inkişaf etdirmək əsas məsələlərdən biri idi. Bunu isə Azərbaycan xalqının tarixində Ümumilli Liderin iradəsi sayəsində reallığa çevrildi.
Bütün maneələrə baxmayaraq qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa etdi. Ümumilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan respublikası müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Xalqımızın milli birliyi təmin edildi.
Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 30 illiyini bayram etdiyimiz Azərbaycan respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkəmiz inkişaf yoluna qədəm qoydu. Beləliklə o tarixi bizlərə bəxş edən dahi insanı hər bir Azərbaycan vətəndaşı hörmət və ehtiramla xatırlayacaqdır. Beləliklə 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları altında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyik.