Mehriban Əliyeva yanğının söndürülməsində iştirak edən dövlət qurumlarına minnətdarlıq etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda “Azərsun Sənaye Parkı”ndakı yanğının söndürülməsində iştirak edən dövlət qurumlarının əməkdaşlarına minnətdarlıq edib.
sumqayitxeber.com xəbər verir ki, birinci xanımın instaqramdakı paylaşımında deyilir:
“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.