Noyabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət “Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” adlı rəsm sərgisi keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, digər rəsmi şəxslər və rayon ictimaiyyətinin iştirak etdiyi sərgidə Suraxanı rayonu üzrə 24 məktəbin şagirdlərinin rəsm əsərləri nümayiş olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sərgidə çıxış edənlər qeyd ediblər ki, “Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” mövzusunda çəkilən bu əsərlər sadəcə boyalarla çəkilmiş şəkillər deyil, uşaqların saf duyğularının, təmiz təxəyyülünün dilə gəldiyi hekayələrdir. Onlar bu rəsmləri çəkərkən bir arzunu paylaşırlar — hər kəsin xoşbəxt, azad və ədalətli bir dünyada yaşadığı Azərbaycan!