Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru
Doğru yol, inamlı addımlar, düzgün siyasət. Bunlar hər biri vaxtında, zamanında nizamlanarsa, ölkənin inkişafı da davamlı olur və zirvəyə doğru irəliləyir. Müstəqil ölkəmizin inkişaf tarixinə nəzər salsaq, hər zaman güclü liderin uzaqgörənliyi, diplomatik görüşləri, xalqın müqəddaratı və taleyini fikirləşən yol çizməsi həmişə diqqətəlayiq addım kimi dəyərləndirilməlidir. Çünki ömrünü xalqının, millətinin yolunda fəda edənlər hər zaman onun irəliləyişi üçün ən ümdə vəzifəsini layiqincə yerinə yetirənlər cənab prezidentimizdir. Ali Baş komandanımız ölkədaxili məsələlər, onların həlli iqtisadi siyasi sabitlik hansı formada balanslaşdırılırsa, eyni zamanda xarici siyasətimiz də xüsusi həssaslıqla diqqətdə saxlanılmaqdadır. Belə ki, edilən səfərlər, imzalanan sənədlər, razılaşmalar hər birisi ölkəmizin rifahı, gələcək inkişafı naminə atılan addımlar sırasındadır. Bu baxımdan cənab Prezidentin 22 may tarixində Litvaya etdiyi rəsmi səfəri də bu qəbildəndir. Bu səfərin də siyasi məqsədi Azərbaycan və Litva arasındaki münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyan məsələlər olmuşdur. Qeyd etməliyik ki, iki ölkə arasında aparılan razılaşmalar konkret nəticələrlə tamamlanır və bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Gələcəkdə iqtisadiyyat, ticarət sahələrində də uğurlu nəticələrə gətirib çıxartmasına zamin yaradır.
Eyni zamanda iki ölkə arasında biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin də artırılmasına ümidləri artırır və əminliklə hər iki tərəfin bu sahədə maraqlı tərəf olduğunu deməyə əsas verir. Prezident Nausedanın da rəsmi səfəri zamanı Azərbaycan biznes formunun keçirilməsi də bütün bu prosesləri surətləndirən amillər sırasındadır. 30 ilə yaxın işğal altında olan ölkəmiz, bir milyon azərbaycanlının işğal nəticəsində öz torpaqlarından didərgin düşməsi, dağılan binalar, infrastruktur obyektlərimiz bunların hər biri görüşün mövzusuna daxil olan əsas məsələlərdən olmuşdur. İlham Əliyevin bunları bir daha vurğulaması dünya arenasında dönə-dönə tarixi gerçəklərimizi çatdırmaq istəyindən irəli gəlir.
Təbii ki, Azərbaycan hər zaman konstruktiv səylər göstərməsi, beynəlxalq norma və prinsipləri əhatə edən sülh anlaşmasına hər zaman əməl etməsi də xüsusi qeyd olunan məsələlər sırasında idi.
Görüş sırasında önəmli göstərişlərdən biri də o idi ki, prespektivli əməkdaşlıq istiqaməti, Litva və Azərbaycanda paralel işlərin görüldüyü ixrac edilən qazın həcminin ildən ilə artırılacağı. Qeyd etmək lazımdır ki, iki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Hər iki ölkə Baltik və Xəzər dənizlərində çox böyük enerji potensialına malikdir. Bu gün Azərbaycan enerji təhlükəsizliyi mövcud olan bir ölkə kimi xarici məqsədlər üçün təbii qaza qənaət edir və elmfein enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjisindən istifadə etmək niyyətindədir. Avropanın enerji xəritəsi əsasən Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm yükdaşımalar üçün qovşqaqdır.
Azərbaycan iqtisadiyyati sabitdir. Münbit investisya şəraiti var və o təbii mərkəzlərə əsaslanır. Bu sabitlik isə uğurlu əməkdaşlığın təminatıdır. Azərbaycanın xarici borcu çox aşağıdır. Ümumi daxili məhsulun 10 faizindən azdır. Ən əvvəldə də qeyd etdiyimiz kimi uğurlu siyasətin doğru zamanı, yolu, inamla atılan addımı olmalıdır. Bu zaman nəhəng bir güc kimi ölkəmizin inkişafına nail olarıq, necə ki, nail olmuşuq, yüksələn xətlə inkişaf edirik.