Laosla rəsmi diplomatik əlaqələrin əsası 22 may 1995-ci ildə qoyulmuşdur

Laosla rəsmi diplomatik əlaqələrin əsası 22 may 1995-ci ildə qoyulmuşdur

Hüseyn Quliyev

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü, Gənc tədqiqatçı

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasındakı diplomatik tərəfdaşlıq ölkəmizin Asiya istiqamətində xarici siyasət prioritetlərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 22 may 1995-ci ildə qoyulmuşdur.

Ötən dövr ərzində tərəflər beynəlxalq arenada qarşılıqlı dəstək nümayiş etdirmiş, parlamentlərarası dostluq qrupları vasitəsilə siyasi dialoqun davamlılığını təmin etmişlər. Bu dinamikanın davamı olaraq, 8–9 dekabr 2025-ci ildə Laosda xarici siyasət idarələri arasında ilk siyasi məsləhətləşmələr keçirilmişdir.

İkitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsində 13 oktyabr 2026-cı ildə Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana reallaşan ilk rəsmi səfəri tarixi rol oynamışdır. Prezident İlham Əliyevlə aparılan danışıqlar və qəbul edilmiş “Birgə Bəyanat” gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirmişdir. Hazırda qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının dəyərləndirilməsi və kənd təsərrüfatı, mədənçilik, logistika kimi sahələrdə konkret layihələrin icrası prioritet hədəflər sırasındadır.

Azərbaycan ilə Laos arasındakı münasibətlərin təhlili göstərir ki, tərəflər coğrafi uzaqlığa baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək əlaqələri keyfiyyətcə yeni müstəviyə qaldırmağa nail olmuşlar. İmzalanan Birgə Bəyanat siyasi dialoqu real iqtisadi və institusional tərəfdaşlığa çevirmək üçün konkret yol xəritəsi rolunu oynayır.

Laos Prezidentinin tarixi səfəri Azərbaycanın Cənub-Şərqi Asiya regionundakı diplomatik nüfuzunun artmasının və çoxvektorlu xarici siyasətinin uğurlu nəticəsidir.

 

 

 

 

 

 

Paylaş